19 sentyabr 2025

ANYMA

tədbirin detalları

Sentyabrın 19-u Formula 1 atmosferinə dünyanın ən yenilikçi elektron musiqi layihələrindən biri olan Anyma öz imzasını atacaq!
Beləliklə, bu ilin ən çox gözlənilən tədbirlərindən biri olan Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 yalnız sürət, rəqabət və texnologiya ilə deyil, həm də qeyri-adi musiqilər ilə yadda qalacaq. 

Bu, sadəcə konsert deyil, reallıqla fantaziyanın sərhədlərini pozan audiovizual şoudur. Anyma səhnədə təkcə musiqi ifa etmir, o, texnologiya, animasiya, işıq effektləri və emosional vizuallar vasitəsilə dinləyicini paralel bir dünyaya özüylə səfərə çıxarır. Onun çıxışı sanki futuristik sənət qalereyasında canlı performansa baxmaq kimidir.

 Qran Pri idman yarışı olmaqla bərabər, həm də festival abu-havasıdır. Hər il olduğu kimi bu il də Bakıda təşkil olunan yarış həftəsonu izləyicilərə unudulmaz anlar vəd edir. Anyma-nın çıxışı bu gecələrin zirvəsi olacaq – motorsportun həyəcanı, şəhərin enerjisi və elektron musiqinin hipnozedici təsiri birləşərək valehedici bir təcrübəyə çevriləcək.

  • BU TƏDBİRƏ ƏLDƏ EDİLƏN BİLETLƏR DƏYİŞDİRİLMİR VƏ YA QAYTARILMIR.
  • BU TƏDBİRƏ ƏLDƏ OLUNAN BİLETLƏRİN QİYMƏTİNİN ÜZƏRİNƏ ƏLAVƏ 10% XİDMƏT HAQQI HESABLANACAQ.
  • TƏKRAR GİRİŞ QADAĞANDIR!
  • TƏDBİRƏ GİRİŞ ZAMANI BİLETLƏR YALNIZ ORİGİNAL FORMATINDA TƏQDİM EDİLMƏLİDİR. FİZİKİ BİLETLƏRİN ŞƏKİLİ VƏ S. BİLETLƏRİN UYĞUN OLMAYAN NÜSXƏLƏRİ İLƏ TƏDBİRƏ GİRİŞ MÜMKÜN OLMAYACAQDIR.
Tədbirin dili: English
Yaş məhdudiyyəti: 2+

tədbirin məkanı

Baku Crystal Hall

Azərbaycan Dövlət Bayrağı Meydanı, Bakı, Azərbaycan

Xəritədə bax

xəbər bülletenimizə abunə olun