7 mart 2025

“Min naxış bir çul üstündə” adlı sərgi

tədbirin detalları

Azərbaycan Milli Xalça Muzeyində “Min naxış bir çul üstündə” sərgisi açılıb. Sərgidə muzeyin kolleksiyasında yer alan, ölkəmizin müxtəlif guşələrində - Bakı, Şirvan, Qazax, Qarabağda toxunmuş bir-birindən gözəl, zəngin naxışlı 25 çul nümunəsi təqdim edilir.

Çul müxtəlif minik və ya yük daşıyan ev heyvanlarının (at, dəvə, eşşək, öküz və s.) belini örtmək, bəzən də onları bəzəmək üçün toxunan örtükdür. Azərbaycanda çul əsasən xovlu və xovsuz xalçatoxuma texnikası, bəzən də tikmə (güləbətin, təkəlduz, cülmə), qurama üsulları ilə istehsal olunurdu. Mərasimlərdə, el bayramlarında at və dəvələrin əzəmətli, yaraşıqlı görünməsi üçün üstlərinə çul salınırdı. Qışda isə çul heyvanları soyuqdan qorumaq üçün istifadə edilirdi.

Tədbirin dili: Azərbaycanca
Yaş məhdudiyyəti: 0+

tədbirin məkanı

Azərbaycan Milli Xalça Muzeyi

Bakı ş., Mikayıl Useynov pr-ti, 28

Xəritədə bax

xəbər bülletenimizə abunə olun