Şərqi Zəngəzurtəbiətlə tarixin kəsişməsi
Ənənəvi Mətbəx
Şərqi Zəngəzurda kənd təsərrüfatı məhsulları və dağ bitkiləri mətbəxin əsasını təşkil edir. Aşağıda bölgəyə xas iki yemək təqdim olunur:
Çaşır qovurması
Çaşır bitkisi yuyulduqdan və pörtlədildikdən sonra kərə yağı və soğanla birlikdə qovrulur. Son mərhələdə yumurta əlavə edilir. Əsasən sarımsaqlı və ya sadə qatıqla süfrəyə verilir.
Çəpiş buğlaması
Çəpiş əti doğranaraq nehrə yağı, çiyə (qaymaq), baş soğan və ədviyyatlarla birgə vam odda bişirilir. Bəzən süfrəyə sarımsaqlı qatıqla verilir.
Təbiət və İqlim
Şərqi Zəngəzurun ərazisi əsasən dağlar və meşələrlə örtülüdür. Bəsitçay Dövlət Təbiət Qoruğu burada yerləşir və bu qoruq, xüsusilə qədim Şərq çinarları ilə tanınır. Həkəri və Oxçuçay kimi çaylar bölgənin su ehtiyatlarını təşkil edir.
Tarixi və Mədəni Miras
Bölgədə karvansaralar, körpülər və orta əsrlərə aid memarlıq nümunələri mövcuddur.