ləzgi kəndinəqonaq olun
Ləzgilər deyirlər: “Nəyə gərək o ev ki, bacasından tüstü çıxmır. Nəyə gərək o ev ki, qapısından qonaq girmir?” Qonaqpərvər ləzgi xalqının qədim və zəngin mədəniyyəti ilə tanış olmaq üçün Qusarın Hil kəndinə üz tutmaq olar. Dağlar qoynunda yerləşən Hil kəndində yerli sakinlər öz mədəniyyətlərini ehtiramla qoruyub saxlayırlar. Burada ən gözəl ənənələrdən biri olan Mel əmək bayramıdır. Bu rəngarəng və maraqlı ənənələri müşahidə edərək, milli musiqiləri dinləyərək və kənd evində qədim ləzgi mətbəxinə aid təamları daddıqca özünüzü qonaq yox, sanki doğma bir insan kimi hiss edəcəksiniz.
Qeydiyyat və ətraflı məlumat üçün:
Folklor evinin direktoru Xızəmməd Paşayev
+99450 423 0699