Mərkəzi Aranın dadı Günəşli tarlalardan süfrəyə

Tovuz Azərbaycanın qərbində yerləşən, kənd təsərrüfatı, şərabçılıq və mətbəx ənənələri ilə tanınan bölgələrdən biridir. Rayonun coğrafi mövqeyi və iqlimi burada müxtəlif məhsulların yetişdirilməsinə və zəngin mətbəx formalaşmasına şərait yaradıb.

heyrətamiztəam çeşidləri

Mərkəzi Aranın dadıGünəşli tarlalardan süfrəyə

Mərkəzi Aran Azərbaycanın düzənlik və yarımsəhra iqlim zonasını əhatə edən, kənd həyatının dərin kök saldığı bölgələrdəndir. Əsasən Kür çayı boyunca yerləşən bu ərazi qədim suvarma mədəniyyəti, taxılçılıq və bostançılıqla seçilir. Mətbəxi isə sadəliyin içində zəngin dad qatlarına sahibdir. Burada yeməklər təbiətin verdiyi nemətlərlə – qatıq, tərəvəz, ət və paxlalılarla hazırlanır. İqlimə uyğun olaraq yeməklər həm yüngül, həm də doyumlu olur – yayda sərinləndirici, qışda isə bədəni isidən xörəklər üstünlük təşkil edir.


Ənənəvi Yeməklər


Atlama

Yay aylarında geniş yayılmış, sərinləşdirici yeməkdir. Qatıq soyuq su ilə qarışdırılır, üzərinə doğranmış xiyar və göyərti əlavə edilir, duz vurularaq soyuq şəkildə süfrəyə verilir.
Minimalist tərkibi ilə həm orqanizm üçün faydalı, həm də yay istisində rahatlıq vericidir.


Nar qovurma

Mal və ya qoyun əti az miqdarda yağda pörtlədilir, sonra üzərinə doğranmış baş soğan əlavə olunur və birgə qovrulur. Soğan qızardıqdan sonra qarışığa həm təbii nar şirəsi, həm də gilələnmiş nar dənələri əlavə edilir. Dadına görə duz və istiot vurulur, təxminən 100 ml su əlavə edilərək yemək 20–30 dəqiqə vam odda bişirilir.
Bu yemək Aran bölgəsinə xas şirin-turş kontrastı ilə seçilir və əsasən payızda – nar mövsümündə hazırlanır.


Bığır bozbaşı


Mərkəzi Aranın özünəməxsus bozbaş növüdür. Qoyun əti, noxud, kartof, soğan və təzə pomidorla bişirilir. Kərə yağında qovrulmuş soğan və pomidor yeməyə xüsusi aroma qatır. Süfrəyə verilərkən üstünə doğranmış göyərti səpilə bilər.
Ənənəvi süfrələrdə qış aylarında tez-tez rast gəlinən doyumlu xörəklərdəndir.
 

QALEREYA

Bərəkətli tarlaların dadı

xəbər bülletenimizə abunə olun