ən hündür zirvəyəyürüş
Heç xəyal etmisinizmi, nə vaxtsa buludlara toxunacaqsınız, hətta daha yüksəyə qalxıb səmanı fəth edəcəksiniz? Azərbaycanın ən hündür zirvəsi Bazardüzünə yürüş edərək, bu möhtəşəm hissləri yaşaya bilərsiniz. Bunun üçün alpinist olmağa ehtiyac yoxdur. Peşəkar dağçıların müşayiəti ilə 2 günə 4 466 metr hündürlüyü qət edəcəksiniz. Gecəni çadırlarda keçirmək, ilin istənilən dövründə qarla örtülü yerlərdən keçmək, Qızılqaya, Şahdağ, Tufandağ, Bazaryurd zirvələrini canlı görmək və sonda əvəzolunmaz qürur hissini yaşamaq üçün bu imkanı əldən buraxmaq olmaz.
Qeydiyyat və ətraflı məlumat üçün:
“Mountain Host” ekoturizm şirkəti
[email protected]
+99455 896 3767