uzunömürlülər muzeyinəziyarət
Talış dağlarındakı hündür ərazidə yerləşən sakit Lerik rayonu gözoxşayan dağlar, çaylar və şəlalələrlə əhatə olunub. Elə buna görə də Lerik “uzunömürlülər diyarı” adlandırılır. Buranın suyu, havası və bitkiləri o qədər canlı və təbiidir ki, insanlar onların müalicəvi əhəmiyyəti olduğuna əmindirlər. Lerikdə bu gün də uzun ömürlülərin sayı çoxdur. Heç də təsadüfi deyildir ki, dünyada yeganə olan Lerik Uzunömürlülər muzeyi bu rayonda yaradılmışdır. Müasir memarlıq elementlərindən istifadə edilməklə inşa olunmuş, iki salondan ibarət muzeydə yaşı yüzdən yuxarı olan 50-dən çox lerikli haqqında 2 mindən çox eksponat, o cümlədən maraqlı məlumatlar, fotoşəkillər yer almışdır. Onların arasında xüsusilə seçilən Barzavu kənd sakini olmuş, 168 il yaşamış Şirəli Müslümovdur. Uzun və sağlam yaşamağın sirrini öyrənmək istəyirsinizsə, Lerikə getməyi qaçırmayın.