Şamaxı boyu tarixi marşrut

Şamaxıda Azərbaycan ərazisində uzun müddət mövcud olmuş Şirvanşahlar dövlətinin maddi mədəniyyət nümunələrinə rast gəlmək olar. Bu da təsadüfi deyil. Şamaxı uzun müddət bu əzəmətli dövlətin paytaxtı olmuşdur.

Şamaxı boyutarixi marşrut

XII-XIII əsrin əvvəllərində istedadlı memar və sənətkarların yaşayıb-yaratdıqları Şirvanda memarlıq inkişaf edirdi. İpək Yolu üzərində qərarlaşan,  xüsusi əhəmiyyət kəsb edən və orta əsrlərdə  Şirvanşahlar dövlətinin paytaxtı olmuş Şamaxı şəhəri zəngin tarixi ilə seçilir. Bir zamanlar Şamaxının mühafizəsi üçün tikilmiş, lakin indi ucqar dağlarda təbiət qoynunda uyuyan Narın Qala, Gülüstan və Buğurd qalalarının qalıqlarından başqa, şəhərdə həmin zamanlara aid daha çox tarixi tikili, təəssüf ki, dövrümüzə qədər gəlib çıxmamışdır. Bu yerlərdə gəzintiyə çıxmaq səyahət həvəskarlarına xoş anlar bəxş edəcək. Tarixlə maraqlananlar şəhərin  gözəl mənzərəli yaşıl təpələri üzərində yerləşən Yeddi günbəz türbələr kompleksini mütləq ziyarət etməlidirlər. Kompleksdə Şirvan xanlığının (1748-1820) son xanı və onun ailəsinin dəfn olunduğu yeddi məzar yerləşir. Kompleks Şirvan memarlıq məktəbinin xüsusiyyətlərinə sahibdir.  Azərbaycanın ən tanınmış şairlərindən biri, satirik şeirləri XX əsrin əvvəllərində “Molla Nəsrəddin” jurnalında çap olunan Mirzə Ələkbər Sabir də burada dəfn edilmişdir.

Şamaxı boyu | tarixi marşrut
QALEREYA

Şamaxının tarixi abidələrini dərindən öyrənin

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
0.6°C
Orta:
2.8 – 4.2°C / 37.0–39.6°F

Temperaturu hiss et

Hazırda:
-6.1°C
Orta:
-6.2 – -5.3°C / 20.8–22.5°F

Külək

Hazırda:
  • Günortadan sonra qar
  • Cənub-Cənub-Şərq
  • sürət 24.1 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Yaz, yay, payız

Şamaxıda tarixi abidələr

Göstər:

hotel rezervasiyaedin

Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.

Asset 1 tours

Şamaxıdadigər fəaliyyət növləri

Alpakalar arasında ruhi sakitlik
Alpakalar arasında ruhi sakitlik
Uşaqlarla əyləncə

Alpakalar arasında ruhi sakitlik

Vətəni Cənubi Amerikanın And dağları hesab olunan alpakalar ilə Şamaxı dağlarının qoynunda rastlaşmaq sizi təəccübləndirə... Daha ətraflı

Şamaxı dağlarında safari macərası
Şamaxı dağlarında safari macərası
Ailəvi istirahət

Şamaxı dağlarında safari macərası

Şamaxı səyahəti zamanı canlı təbiətlə daha yaxından ünsiyyət üçün Safari Parkını mütləq gedilməli yerlər siyahısına... Daha ətraflı

Azərbaycanın ilk məscidini ziyarət
Azərbaycanın ilk məscidini ziyarət
İncəsənət, mədəniyyət, irs

Azərbaycanın ilk məscidini ziyarət

Şamaxıda yerləşən Cümə məscidi Azərbaycandakı ilk məsciddir və 743-744-cü illərdə inşa edilmişdir. Bərpa olunandan sonra... Daha ətraflı

Şamaxıda ulduzların seyri
Şamaxıda ulduzların seyri
İncəsənət, mədəniyyət, irs

Şamaxıda ulduzların seyri

Ulduzların və kainatın sirlərini kəşf etmək istəyirsinizsə, Şamaxı Astrofizika Rəsədxanasının qapıları üzünüzə açıqdır.  Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Şamaxı
Şamaxı

Şamaxı

Şirvanşahlar dövlətinin uzun müddət paytaxtı olmuş Şamaxı bu gün də keçmiş əzəməti və təbii gözəllikləri ilə heyran edir. Daha ətraflı

Şimal-qərb marşrutu
Şimal-qərb marşrutu

Şimal-qərb marşrutu

Böyük Qafqaz dağlarının cənub yamacı boyunca uzanan bu gözoxşayan marşrutla qədim səyyah və tacirlərin izi ilə gedəcəksiniz. Daha ətraflı

xəbər bülletenimizə abunə olun