Qəbələnin cənubunda yerləşən Savalan vadisində sevgi ilə hazırlanan şərablardan dequstasiya etmək tamamilə başqa bir təcrübə yaşadır. Azərbaycanın tanınmış və yüksək keyfiyyətli şərab istehsalçılarından biri olan “Savalan-Aspi” şərab zavodunda dequstasiyada iştirak etmək istəyənlər üçün rus və ingilis dillərində müxtəlif turlar təşkil edilir. Aydın havada tur iştirakçılarını bir badə şərab müşayiəti ilə dağlara açılan gözəl mənzərələr gözləyir. Turun sonunda zavod yaxınlığındakı kiçik muzeyə baş çəkməyi unutmayın.