Chabiant Üzüm Yığımı Festivalı

Xoş hisslərə aparan təcrübə

Chabiant Üzüm Yığımı Festivalı

Hər il “Chabiant” şərab zavodunda üzüm yetişdirmə sezonunun sonu möhtəşəm şənliklə qeyd edilir. Burada olduğunuz müddət ərzində Adriano Çelentanonun “İnadkarın ram edilməsi” (“Il bisbetico domato”) filmindəki komandanın bir parçası olacaq, üzüm yığıb ayaqlarınızla palıd çəlləklərdə onları əzib, həm də musiqi, şərab və ləziz yeməklərdən zövq alacaqsınız.

Bu möhtəşəm festivala Azərbaycanın üzüm bağlarına və şərab zirzəmilərinə bələdçi ilə ekskursiya da daxildir. Maraqlı ekskursiya zamanı Azərbaycanın ən böyük şərab zirzəmilərindən birini ziyarət edəcək, şərabın saxlanması haqqında məlumat əldə edəcəksiniz.

Bunun üçün yalnızca “Chabiant”da olmaq kifayət edir ki, əyləncə, isti münasibət, qonaqpərvərlik, dadlı yeməklər və şərabların dadını çıxarasınız.

Paketə daxildir:

  • Bir gecəlik yerləşmə
  • Üç dəfə qidalanma (nahar, şam yeməyi, səhər yeməyi)
  • Qəlyanaltılar ilə birlikdə 4 növ şərabın dequstasiyası
  • Şərabçılıq kompleksi boyu ekskursiya, Azərbaycanın ən böyük zirzəmilərindən birinə ziyarət
  • Əyləncə proqramı

Proqram

1-ci gün

  • 13:30 – “Chabiant Winery & Guesthouse”-a çatma və yerləşmə
  • 14:00 – Nahar
  • 15:30 – Üzüm yığılması yarışı
  • 16:30 – İstirahət vaxtı
  • 17:00 – Şərabçılıq kompleksi boyunca ekskursiya, şərab istehsalı prosesinin izlənilməsi, şərab zirzəmisinə bələdçi ilə tur
  • 18:00 – Chabiant şərablarının müxtəlif qəlyanaltılar ilə dequstasiyası
  • 19:30 – Şam yeməyi
  • 20:30 – Əyləncə proqram

2-ci gün

  • 10:00 – Səhər yeməyi
Activity type : Extra Activities
Location : İsmayıllı

xəbər bülletenimizə abunə olun