balıq fermasında sakit istirahət

Zaqatalada səfərdə olarkən təbiətlə baş-başa qalmaq üçün yolunuzu balıq fermasından sala bilərsiniz. Burada keçirəcəyiniz bir neçə saat, balıqlarla ünsiyyət və ləziz nahar sizə gündəlik yorğunluğunuzu unutduracaq. 

balıq fermasındasakit istirahət

Zaqatala rayonunun Maqov kəndində, ağacların əhatəsində yerləşən Zaqatala Forel Əmtəə təsərrüfatı 1979-cu ildən fəaliyyət göstərir. Burada dağ çayları, bulaq və quyu sularından istifadə edilməklə göy qurşağı və qızılı çay foreli yetişdirilir. Təsərrüfatda balıqların yetişdirilməsi bölgənin ekosisteminin, çaylarda balıq ehtiyatının qorunmasına dəstək verir.

Zaqatala Forel Əmtəə təsərrüfatı ekoturizm həvəskarları və ləziz təamlar axtarışında olanları daha çox cəlb edir. Burada olarkən balıqçılıq fermasının, balıq yetişdirməyin görünməyən tərəfləri ilə tanış ola biləcəksiniz. Peşəkar balıqyetişdirənlər sizi balıqların bəslənməsi prosesi ilə tanış edəcəklər və özünüz də bu prosesdə iştirak edə bilərsiniz. Fermanın daxilində fəaliyyət göstərən restoranda isə qızardılmış və ya hisə verilmiş forel balığını nuş edə bilərsiniz.

Burada zövq alacağınız digər bir məşğuliyyət isə balıq tutmaq olacaq. Tutduğunuz balıqları restoranda çalışan aşpazlara verərək sizə dadlı nahar hazırlamalarını istəyə bilərsiniz. Bundan başqa may-sentyabr ayları arasında əvvəlcədən sifariş etməklə balıq hazırlanması master-klaslarında da iştirak edə bilərsiniz. Şəhərin səs-küyündən uzaqlaşıb vaxtınızı sakitlik və ruhi dinclik içində keçirmək istəyirsinizsə, Zaqatala Forel Əmtəə təsərrüfatına üz tutun.

Ətraflı məlumat üçün
Zaqatala Forel Əmtəə təsərrüfatı 
Ünvan: Zaqatala rayonu, Maqov kəndi
Tel.: +99450 461 1178

QALEREYA

Zaqatalada balıq fermasında ruhi dinclik tapın

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
19.8°C
Orta:
14.8 – 32.3°C / 58.6–90.1°F

Temperaturu hiss et

Hazırda:
18.6°C
Orta:
14.8 – 36.5°C / 58.6–97.7°F

Külək

Hazırda:
  • Qismən günəşli və isti
  • Şərq
  • sürət 7.4 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Yaz, yay, payız

xəritədə bax

hotel rezervasiyaedin

Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.

Asset 1 tours

Zaqataladadigər fəaliyyət növləri

Mənzərələri ilə ovsunlayan Qəbizdərə kəndi
Mənzərələri ilə ovsunlayan Qəbizdərə kəndi
Haykinq imkanları

Mənzərələri ilə ovsunlayan Qəbizdərə kəndi

Nə gözəldir şəhərin təlaşından uzaqda, yaşılın rəng-rəng çalarları arasında həm gəzib dolaşmaq, həm də dincəlmək.... Daha ətraflı

“Qızılgüllər diyarı” Zaqatala
“Qızılgüllər diyarı” Zaqatala
Təbiət qoynunda istirahət

“Qızılgüllər diyarı” Zaqatala

Göz işlədikcə uzanan gül plantasiyaları və ətrini ciyərlərinizə çəkməkdən doymayacağınız qızılgül və lavandalar. Bura Bolqarıstan,... Daha ətraflı

Qəbizdərə – Honzoqor – Car marşrutu
Qəbizdərə – Honzoqor – Car marşrutu
İşarələnmiş marşrutlar

Qəbizdərə – Honzoqor – Car marşrutu

Marşrut Qəbizdərə kəndindən başlayır, Honzoqor yaylağında çoban alaçıqları arasından keçərək 3 tərəfi dağlarla əhatə olunmuş... Daha ətraflı

Car – Honzoqor – Qəbizdərə marşrutu
Car – Honzoqor – Qəbizdərə marşrutu
İşarələnmiş marşrutlar

Car – Honzoqor – Qəbizdərə marşrutu

Marşrut 3 tərəfi dağlarla əhatə olunmuş Car kəndindən başlayır, Honzoqor yaylağında çoban alaçıqları arasından keçərək... Daha ətraflı

Şimal-qərb bölgəsində dad dünyasına səyahət
Şimal-qərb bölgəsində dad dünyasına səyahət
Qida, içki və gecə həyatı

Şimal-qərb bölgəsində dad dünyasına səyahət

Şimal-qərb bölgəmizin mətbəxi çoxsaylı yemək çeşidi ilə seçilir. Burada unikal hazırlanma metoduna malik sürhüllünü dada... Daha ətraflı

Zaqatalada ötən əsrlərə səyahət
Zaqatalada ötən əsrlərə səyahət
Ailəvi istirahət

Zaqatalada ötən əsrlərə səyahət

Gözəl təbiətə malik Zaqatala həm də tarixi məkanları ilə tanınır. Buradakı qədim qala və məbədlərin... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Şimal-qərb marşrutu
Şimal-qərb marşrutu

Şimal-qərb marşrutu

Böyük Qafqaz dağlarının cənub yamacı boyunca uzanan bu gözoxşayan marşrutla qədim səyyah və tacirlərin izi ilə gedəcəksiniz. Daha ətraflı

Zaqatala
Zaqatala

Zaqatala

Azərbaycanın multikultural dəyərlərə sahib bölgələrindən biri olan Zaqatala tarixi abidələrin zənginliyi və bir çox maraqlı kulinariya sirləri ilə seçilir. Daha ətraflı

Macərayaxındadır

Hər səyahət yeni macəralarla zəngindir. Unudulmaz macəralarınızı Azərbaycanda yaşayın.

Macərayaxindadir.az Azərbaycanın maraqlı, əyləncəli və sərfəli təkliflərini sizin üçün bir yerə toplayıb.

xəbər bülletenimizə abunə olun