“Şərq Ulduzu”naşərab turu
“Şərq Ulduzu” şərab zavodu Şəmkir yaxınlığındakı dağların ətəyində yerləşir. Zavod ağ, qırmızı və desert şərabları (Cabernet Sauvignon, Shiraz, Merlot, Saperavi) istehsal edir. Burada ənənəvi soyutma üsulunun tətbiqi ilə bir sıra şərablar hazırlanır. Bu üsula əsasən, təbii şirinliyi qorumaq və az spirtli kəmşirin şərab istehsalı məqsədilə qıcqırma prosesi dayandırılır. Onlara nümunə olaraq “Şəmkir Qalası” (Merlot-Cabernet-Sauvignon), “Şiştəpə” (Saperavi-Merlot) və “Skazka Vostoka”nı (Saperavi-Tavkveri) göstərmək olar. Ağ şərablar, o cümlədən gözəl quru şərab “Bayan Şirə” də eyni qaydada hazırlanır.
Şərab zavoduna təşkil olunan turlarda ləzzətli şərabların dequstasiyaları ilə yanaşı, müxtəlif qəlyanaltılar da təklif edilir. Şəmkir bölgəsinin şərabçılıq ənənələri ilə tanış olmaq məqsədilə qonaqlara zavodun muzeyini də gəzmək tövsiyə olunur.
azerbaijanwine.az saytına keçid