“Savalan”aşərab turu
2007-ci ildə əsası qoyulan “Savalan” şərab zavodu qısa müddət ərzində Azərbaycanın ən tanınmış yüksək keyfiyyətli şərab istehsalçılarından birinə çevrilmişdir. Şərab zavodu Qəbələ şəhərinin cənubunda yerləşir. Qafqaz dağlarının təmiz havası, bərəkətli torpaqları, dağ çaylarının saf suları burada yetişən üzümlərə özünəməxsus dad bəxş edib.
Şirkətdə çalışan beynəlxalq komanda 20 adda müxtəlif şərab növü ərsəyə gətirmək üçün İtaliya və Azərbaycan təcrübəsindən bəhrələnir. Zavodda şərab dadmaq istəyənlər üçün müxtəlif turlar təşkil edilir. Aydın havada tur iştirakçılarını dağlara açılan gözəl mənzərə gözləyir.