-
#1
Palçıq vulkanlarını özünüz üçün kəşf edin
Azərbaycan dünyada palçıq vulkanlarının sayına görə liderdir. Bu maraqlı təbiət hadisəsini canlı görmədən onun qeyri-adiliyini hiss etmək mümkün deyil.
ətraflı -
#2
Göygöl Milli Parkında təbiətdən ilhamlanın
Göygölün gözəlliyindən xəbərdar olmayan yoxdur. Bu göl haqda rəvayətlər və əfsanələr dolaşır. Göygölü canlı görərək daxili rahatlıq və dinclik tapacaqsınız.
ətraflı -
#3
Qəbələdə unudulmaz macəralar
Böyük Qafqaz dağlarında yerləşən Qəbələ Azərbaycanın əsas aktiv turizm mərkəzlərindən biri hesab olunur. Macəra həvəskarları üçün buradan daha yaxşı məkan təsəvvür etmək çətindir.
ətraflı -
#4
Şahdağda qış və yay macəraları
İlin istənilən vaxtında Şahdağ kurortunda ürəyinizcə fəaliyyət növü tapa bilərsiniz: xizəkçilik həvəskarları qışda, gəzinti və velosiped həvəskarları isə yayda Şahdağa üz tutmalıdırlar.
ətraflı -
#5
Xınalıqda Qafqaz dağlarının fəthi
Azərbaycanın ən tanınmış etnoturizm mərkəzlərindən biri olan Xınalığı ziyarət edin. Burada əzəmətli dağlara tamaşa edin və yerli mədəniyyətdən həzz alın.
ətraflı -
#6
Qızmar yay günlərində Xəzər çimərliklərində istirahət
Xəzər dənizi dünyanın ən böyük gölüdür. Xəzər sahillərində yerləşən qumlu çimərliklərə yollanaraq istirahətinizi əyləncəli, aktiv, yaxud romantik şəkildə keçirə bilərsiniz. Bunun üçün hər cür şərait mövcuddur.
ətraflı -
#7
Beşbarmaq dağında quşları müşahidə
Sirlərlə zəngin olan Beşbarmaq dağı xalqımız üçün müqəddəs ziyarətgahlardan biridir. Bura həm də köçəri quşların əsas dayanacaqlarından biri olduğu üçün bir çox turistlərin diqqətini cəlb edir.
ətraflı -
#8
Zaqatala dağlarının seyrinə çıxın
Car Böyük Qafqaz dağlarının ətəyində yerləşən Zaqatalanın ən gözəl kəndlərindən biridir. Burada ilin dörd fəsli gözoxşayan təbiət sizi gündəlik qayğılardan uzaqlaşdıracaq.
ətraflı -
#9
Sarıbaşda off-road turları
Ucqar dağ kəndi olan Sarıbaş qədim tarixi və yerli ənənələri ilə seçilir. Bura səfər edib milli mətbəxin dadlı təamlarını dadmaq, yaxud kənd sakinlərinin məişəti ilə tanış olmaq mümkündür.
ətraflı -
#10
Lənkəranda milli parklara səfər
Lənkəranın coğrafi yerləşməsi elə imkanlar yaradır ki, təbiət yayda da, qışda da göz oxşasın. Talış dağları, Qızılağac və Hirkan Milli Parkları və Lənkəranda yerləşən kiçik kəndlərə yollanaraq özünüzü əsl təbiətşünas hiss edəcəksiniz.
ətraflı
təbiət fəaliyyət növləri
Azərbaycanın təbiəti o qədər fərqlidir ki, bir neçə saatlıq məsafədə sıx meşələr, yarımsəhralar, il boyu başı qarlı zirvələr və çöllərə səyahət etmək olar. Qoruqlara baş çəkib nadir canlıları müşahidə edə, yaxud ucqar dağ kəndləri və əfsanəvi şəlalələrə yürüş də edə bilərsiniz.