-
#1
Min bir dərdin müalicəsi üçün Naftalan vannası
Naftalan dünyaşöhrətli Azərbaycan brendlərindən biridir. Hər il yüzlərlə insan məhz bu kurortda dincəlir və müalicə alır. Naftalanda ağrılarınızı unuda bilərsiniz.
ətraflı -
#2
Naftalan kurortunda sağlamlığa qayğı
Naftalan yalnız bir sıra xəstəliklərin müalicəsi edilməsi üzrə ixtisaslaşmayıb. Yorğunluqdan, səs-küydən və gərgin əməkdən bezmisinizsə, Naftalana üz tuta bilərsiniz.
ətraflı -
#3
Lənkəranın müalicə və sağlamlıq mərkəzləri
Lənkəran bütün dünyadan turistləri cəlb edir. Bura gözəl təbiət, dadlı mətbəx və zəngin mədəniyyətlə bərabər, unikal sağlamlıq imkanları ilə də tanınır. Lənkəranda təqdim olunan spa xidmətləri və mineral bulaqlar sizin də rahat istirahətinizi təmin edəcək.
ətraflı -
#4
Təbiətin gücünü hiss edin
Duzdağ təbiətin bəxş etdiyi unikal imkanlardan biridir. Burada mövcud olan duz şəfalıdır və bir sıra ağciyər və tənəffüs xəstəliklərinin müalicəsi üçün əhəmiyyətlidir. Bura müalicə məqsədilə gələn turistlərin sayı hər il artır.
ətraflı -
#5
Sərinlənmək və qızınmaq üçün Bakı hamamları
Yayda sərinlənmək, qışda isə qızınmaq üçün artıq əsrlərdir ki, hamama üz tuturuq. Bu gün də qədim hamamlara baş çəkərək dincələ, dostlarınızla xoş vaxt keçirə, həm də tarixə səfər edə bilərsiniz.
ətraflı -
#6
Qəbələdə spa və relaksasiya
Qəbələ təbii müalicəvi suları ilə tanınır. Bura gəlib gözəl təbiəti müşahidə etməklə bərabər, sağlamlığınız üçün də faydalı ola biləcək prosedurlardan keçə bilərsiniz.
ətraflı -
#7
Atçılıq mərkəzlərində istirahət
At çapmaq sakitləşdirir və gündəlik qayğılardan uzaqlaşdırır. Bu elit idman növü ilə məşğul olmaq üçün Bakıda çox sayda atçılıq mərkəzləri fəaliyyət göstərir.
ətraflı -
#8
Çənlibel gölündə istirahət
Qubanın təbiəti və yerli insanların qonaqpərvərliyi bu regionu əsl istirahət mərkəzinə çevirib. Çənlibel gölünə gələrək həm sakitlikdə dincələ, həm balıq tuta, həm də gəzintiyə çıxa bilərsiniz.
ətraflı -
#9
Qusar terrenkurunda sakitlikdən həzz alın
Qusarın yaşıl təbiəti hər kəsə çox yaxşı tanışdır. Bəs bu təbiətlə vəhdət olub ruhunuzun dincəlməsini istərdinizmi? Qusarda yerləşən terrenkur mərkəzində tam rahatlıq tapacaqsınız.
ətraflı -
#10
Bakıda qolf
Qolf həvəskarları həmişə həyəcanlı mübarizə və gözəl mənzərə axtarışındadırlar. Bütün bunları Bakıda yerləşən “Dreamland” Qolf Klubunda tapa bilərsiniz.
ətraflı
sağlamlıq və istirahət fəaliyyət növləri
İstər gündəlik qayğılardan uzaqlaşıb istirahət etmək, istərsə də təbiətdən güc alıb yeni qüvvə ilə həyata davam etmək üçün Azərbaycanda çoxsaylı imkanlar mövcuddur. Tək, ya ailəlikcə – bu unikal fürətləri əldən verməyin.