mədəni fəaliyyət növləri

Azərbaycanın hər bir guşəsi maddi və qeyri-maddi mədəni irs nümunələri ilə zəngindir. Bu yerlərə baş çəkərək qədim xalqımızın minillikləri əhatə edən mədəniyyəti ilə yaxından tanış ola bilərsiniz.

  • #1

    İçərişəhərdə qədim Bakıya səyahət

    İçərişəhər Bakının tarixi mərkəzidir. Bu qədim şəhər bir vaxtlar Azərbaycanın mühüm liman və ticarət şəhərlərindən biri olmaqla bərabər, mədəni mərkəzlərindən də hesab olunurdu. Bu gün İçərişəhərin dar küçələri ilə gəzərək tarixə səyahət etmək olar.

    ətraflı
    İçərişəhərdə qədim Bakıya səyahət
  • #2

    Əbədi alovlar haqda sirr və əfsanələr

    Atəşpərəstlərin mirası olan Atəşgah və təbiət möcüzəsi olan Yanardağa baş çəkərək, ölkəmizin alovlar diyarı kimi tanınmasının əsl səbəblərini öyrənin.

    ətraflı
    Əbədi alovlar haqda sirr və əfsanələr
  • #3

    Qobustanda Daş dövrünə səyahət

    Görəsən, insanlar 40 000 il əvvəl necə yaşayıblar? Onların həyat tərzi necə olub? Bu suallara cavabı 6 000-dən çox qədim qayaüstü təsvirdən ibarət Qobustanda tapa bilərsiniz.

    ətraflı
    Qobustanda Daş dövrünə səyahət
  • #4

    Qədim Qəbələnin tarixinə səfər

    Qəbələ qədim dövrlərdə Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Bu tarixi məkana səfər edərək eramızdan əvvəl mövcud olmuş qüdrətli dövlətə aid tikililərin qalıqları ilə tanış ola bilərsiniz.

    ətraflı
    Qədim Qəbələnin tarixinə səfər
  • #5

    Milli xalçalarımızla tanışlıq

    Azərbaycan xalçaları beynəlxalq səviyyədə tanınır. Ailəliklə Bakı Bulvarında yerləşən Xalça Muzeyinə baş çəkərək, siz də bu qədim Azərbaycan mədəniyyəti ilə dərindən tanış ola bilərsiniz.

    ətraflı
    Milli xalçalarımızla tanışlıq
  • #6

    Rəngarəng kəlağayıların hazırlanma master-klasları

    YUNESKO-nun mədəni irsi siyahısına salınmış Azərbaycan kəlağayıları qadınların sevimli baş örtüyüdür. Amma kəlağayıların funksiyası yalnız bununla məhdudlaşmır. Qədim zamanlardan bəri bu geyim növü bir sıra fərqli ənənələrin tətbiq olunması və eyhamların ötürülməsində əhəmiyyətli rol oynayıb.

    ətraflı
    Rəngarəng kəlağayıların hazırlanma master-klasları
  • #7

    Lahıcda misgərlərlə ünsiyyət

    Lahıcı Azərbaycanın misgərlik mərkəzi adlandırırlar. Əgər hələ də bu gözəl tarixi məkanda olmamısınızsa, növbəti səfər planınıza Lahıcı salmalısınız. İlk baxışdan aşiq olacağınıza əmin olun.

    ətraflı
    Lahıcda misgərlərlə ünsiyyət
  • #8

    Qafqaz Albaniyasının qədim irsi ilə tanışlıq

    Şəki şəhəri yaxınlığında yerləşən Kiş kəndi qədim tarixə malikdir. Burada yerləşən Alban məbədi öz memarlıq üslubu və tarixçəsi ilə hər kəsi cəlb edir. Kiş məbədini ziyarət edib bir neçə yüzillik öncəyə səyahət edin.

    ətraflı
    Qafqaz Albaniyasının qədim irsi ilə tanışlıq
  • #9

    Qırmızı qəsəbədə yəhudi irsi ilə tanışlıq

    Qırmızı qəsəbə unikal tarixi və mədəniyyəti ilə seçilir. Qırmızı kirəmitli damları ilə tanınan bu kənd dünyada mövcud olan sonuncu yəhudi yaşayış məntəqəsi olan ştetllərdən biridir.

    ətraflı
    Qırmızı qəsəbədə yəhudi irsi ilə tanışlıq
  • #10

    Milli incəsənətimizlə tanışlıq

    Bakının mərkəzində yerləşən incəsənət muzeyində zəngin rəsm əsərləri, heykəltəraşlıq və sənətkarlıq nümunələri ilə tanış ola bilərsiniz. Burada uşaqlar üçün də əyləncəli təlimlər keçirilir. Yüksək incəsənətlə tanış olmaq imkanını əldən buraxmayın.

    ətraflı
    Milli incəsənətimizlə tanışlıq

xəbər bülletenimizə abunə olun