"Mərəndi"yəşərab turu
Bakıya yaxın məsafədə yerləşən “Mərəndi” şərab zavodu Azərbaycanın yeni növ şərab istehsal edən başlıca zavodlarından biridir. Burada qonaqlara "Fireland" üzmülüyündən toplanmış məhsul əsasında hazırlanmış şərablar təklif olunur.
Abşeron yarımadasındakı palçıq vulkanlarının yaxınlığında, iki duz gölünün arasında yerləşən “Fireland” bağlarında yetişən üzümlərdən yüksək keyfiyyətli şərablar istehsal olunur. Hazırda ümumilikdə 160 hektar ərazidə yetişdirilən 15 üzüm növündən çeşidli məhsullar, o cümlədən rafinə olunmuş “Yallı”, “Premium Tella Caspea” və “Tera Caucasea”, eləcə də daha zərif dadı olan və yüngül içilən “İlkin” süfrə şərabları hazırlanır.
Qonaqlara təqdim olunan tur proqramına zavodda gəzinti, şərab dadma, qəlyanaltı və nahar, o cümlədən yaxınlıqdakı Xəzər dənizindən tutulmuş balıqlardan hazırlanan təamlar da daxil edilib.