Naxçıvan

Naxçıvan

Ərazisi

191,57 km2

Əhalisi

86,4 min nəfər

Nə ilə getmək olar

Hava nəqliyyatı: Bakı- Naxçıvan

 

Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhəri Bakıdan 536 km aralıda, İranla sərhəddə, Naxçıvan çayının sahilində  yerləşir. Naxçıvan  Azərbaycanın ən qədim şəhərlərindən biridir: dəqiq məlumdur ki, Naxçıvanın təməli  e.ə. 1,5 min il əvvəl qoyulub. Əfsanəyə görə isə şəhər Ümumdünya Daşqınından  sonra Nuh tərəfindən salınıb. Şəhərin cənub hissəsində hətta  Nuhun  məqbərəsi də qorunub saxlanılıb. Bir zamanlar burada kilsə olub, lakin təəssüflər olsun ki,   artıq dağılıb.  Nuhun məqbərəsi isə  dağılmış kilsənin aşağı mərtəbəsindən ibarətdir və onun divarlarında buraya gələn ziyarətçilərin adları həkk olunub. 

Uzaq qədimlərdən bəri səyyahlar və şairlər Naxçıvanı vəsf  ediblər, onu Şərqin ən gözəl və firavan şəhərlərindən biri hesab ediblər. Bu gün də şəhər turizm baxımından  maraqlıdır, çünki  burada müxtəlif dövrlərə aid çoxsaylı abidələr var: Yusuf ibn Küseyirin məqbərəsi (1162-ci il), Əlincə qalası (XI-XIII əsrlər),  gözəl Xan sarayı (XVIII  əsr)  və s.

Lakin Naxçıvan bu gün turistləri daha çox dəniz səviyyəsindən 1734 m yüksəklikdə yerləşən  Duzdağın müalicəvi  duz mağaraları ilə cəlb edir.  Tənəffüs yolları xəstəliyindən əziyyət çəkənlər burada müvəffəqiyyətlə müalicə olunurlar.  Müalicə ocağı iki - yerüstü və yeraltı hissəsdən ibarətdir. Birinci hissə Duzdağda və komfortlu «Duzdağ» otelində, ikinci isə  dağın altında 300 m dərinlikdə yerləşir. «Duzdağ» otelində olan müalicə ocağı   5 qalereyadan ibarətdir, burada çarpayıları olan palatalar, kafe, TV-salon, kitabxana yerləşir.

Boş vaxtlarında qonaqlar burada yerləşən akvaparka, açıq və üstüörtülü hovuz, basketbol, futbol meydançaları, tennis kortları və idman-sağlamlıq mərkəzlərinə baş çəkə bilərlər. 

Xəritə

Foto qalereya

İstirahət və Əyləncə