Lerik

Lerik

Bakı ilə arasında məsafə

325 km

Əhalisi

77,5 min nəfərdir

Nə ilə getmək olar

Avtonəqliyyat: Lənkəran-Lerik reys avtobusları, Bakı-Lerik reys avtobusları – 9 saat.

Yüksək talış dağlarında, səmaya əl çatan yerdə, Azərbaycanın ən mənzərəli guşələrindən biri – Lerik rayonu yerləşir. Burada Qafqaz etnik qrupu olan talışlar yaşayır. Lerik mədəniyyətdən uzaqda olmaq istəyən, təmiz dağ havası udmaq istəyən, əzəmətli dağların görünüşündən, sürətli çaylardan və səs-küylü şəlalələrdən həzz almaq istəyən turistlər üçün çox uyğundur. Əbəs yerə Lerik uzunömürlülər vətəni hesab edilmir. Bu yerdə yaşayan və yaşı  yüzdən artıq olan  onlarla adamın həyatı haqqında sənədlərin saxlanıldığı yerdir  və ola bilsin ki, dünyada yeganə uzunömürlülər Muzeyi də burada yerləşir. Lerikin ən qocaman sakini Şirəli Müslimovun 1973-cü ildə ölüm anında 168 yaşı olmuşdur. Hal-hazırda rayonda əsrin hüdudunu aşmış və əmək qabiliyyətini qoruyub saxlamış onlarla insan yaşayır. Azərbaycanın da ən qocaman sakini Lerikdə yaşayır. onun artıq 115 yaşı, 8 uşağı, 80 nəvəsi, 60 nəticəsi və 8 kötükçəsi var.

Lerikin tanınmış təbii istirahət zonaları Bülüdül (rayon mərkəzindən 20 km məsafədə) və Zəriqaladır (17 km). burada çox dadlı suyu olan bulaqlar mövcuddur. Meşələrdə və Lerik çayının sahili boyu qaban, dovşan, tülkü, kəklik və ördək ovu üçün şərait vardır. Daş meşələrin keçilməz guşələrində bəbir yaşayır. Hal hazırda bu nadir heyvanın mühafizəsi üzrə elmi proqram fəaliyyət göstərir.

Bu region, təkrarolunmaz təbiətindən savayı, həmişə özünəməxsus mədəniyyəti və qədim tarixi ilə tanınmışdır. Burada daş dövrünə aid insanların yaşadığı mağara yaşayış məskəni, dəniz səviyyəsindən təxminən 2430 m yüksəklikdə Mistan dağ kəndinin yaxınlığında “Qız yurdu” qədim yaşayış məskəni aşkar edilmişdir. Yüksək dağ massivi Orandda qədim qayaüstü yazılar aşkar edilmişdir, yaxınlıqda isə qədim tikililərin qalıqlarının izləri var.

Rayonda çoxlu sayda tarixi abidələr mövcuddur.

ƏtraflıGizlət

Rayonda xalq sənətkarlığından xalçaçılıq, ağacdan müxtəlif məişət əşyalarının hazırlanması, habelə dulusçuluq inkişaf etmişdir. Yerli xalçaçılığın xüsusiliyi ondadır ki, palazlar şaquli dəzgahlarda yox, birbaşa yerə qoyulmuş üfüqi dəzgahlarda toxunur.

Lerikdə yerli sakinlərin mənzillərində, habelə Lənkərandan Lerikə gedən yolboyu çoxsaylı istirahət zonalarında dayanmaq olar. Onlardan daha çox tanınanı Relax Hotel and Resort, “Şəlalə” və “Meşəçi”dir. Lerikdə çoxsaylı qəlyanaltı və kababxanalarda qəlyanaltı, nahar etmək və sadəcə olaraq xoş təamlı yeməklərin dadına baxmaq mümkündür və onlardan ən çox tanınanı “Xəyal” restoranıdır. Burada Siz xoş, səmimi şəraitdə ənənəvi Azərbaycan yeməklərinin dadına baxa bilər və yorğunluğunuzu ala bilərsiniz.

Bir də, yeri gəlmişkən, “YouTube”da milyonlarla baxış toplamış və onun müəllifləri Rüstəmov qardaşlarını məşhurlaşdırmış “Davay, do svidaniə” klipi məhz Lerikdə çəkilmişdir.

Xəritə

Foto qalereya

İstirahət və Əyləncə