Lənkəran

Lənkəran

Bakı ilə arasında məsafə

268 km

Əhalisi

213,2 min nəfər

Nə ilə getmək olar

Avtonəqliyyat: Bakı – Lənkəran avtobusları – 6 saat;
Qatar: Bakı – Astara – 9 saat

Lənkəran Azərbaycanın cənub-şərq hissəsində, Xəzər dənizinin sahilində yerləşir. Bura respublikanın ən parlaq və gözəl şəhərlərindən biridir. Nəfis memarlıq, gözəl iqlim və heyranedici təbiət landşaftları bu şəhərin fərqli xüsusiyyətləridir. Münbit torpaq kənd təsərrüfatının inkişaf etməsinə səbəb olur, termal bulaqların varlığı turistləri və öz sağlamlığını qaydasına salmaq istəyən insanları cəlb edir, qədim tarixi və mədəni görməli yerlərin bol olması qədim zaman pərəstişkarlarını laqeyd qoymur.

ətrafliGizlət

Lənkəran rayonu populyar turist marşrutlarının mərkəzində yerləşir. Onun bir hissəsi Xəzər dənizinin sahili boyunca yerləşmişdir. Bu sahil xəttinin əsas xüsusiyyətlərindən biri də qeyri-adi müalicəvi xassələrə malik olan qara qumdur. Rayonun Haftoni zonası öz tarixi obyektləri və “Lənkəran” müalicə zonası ilə məşhurdur və burada istirahət edənlərin Haftoni meşələrində yerləşən müalicəvi qaynaqlardan İstisu suyunun əsasında dolğun müalicə kursu keçmək imkanı var. Nərimanabad zonası Sara yarımadasının ərazisində yerləşmişdir. Onu bir tərəfdən Xəzərin suları yuyur, digər tərəfdən isə Qızılağac qoruğunun meşəlik zonası örtür. 1956-cı ilədək bura xüsusiləşdirilmiş ada olmuşdur, lakin sonradan materikdə onunla Liman şəhəri arasında Saranın statusunu əhəmiyyətli dərəcədə dəyişmiş torpaq bənd qurulmuşdur. Bu gün bu yerlər sıx şəkildə meşə ilə örtülmüş və ekoturizm həvəskarlarınınböyük marağına səbəb olmuşdur.

Lənkəranda tarixi görməli yerlər çoxdur və onların arasında Lənkəran qalası, dəqiq desək, onun salamat qalmış fraqmentləri xüsusi diqqət cəlb edir. Qala XVIII əsrdə inşa edilmiş və Talış xanlığında vacib müdafiə istehkamlarından biri kimi tanınmışdır. Onun divarları öz iri formaları və möhkəm çıxıntı sıraları ilə böyük təəssürat oyadır. Qala, orta əsrlər üçün ənənəvi olan, lazım gəldikdə isə, su ilə doldurulan xəndəklə əhatə olunmuşdur. Tikilinin əsas obyektləri hücum edənlərin nişan alınaraq atəşə tutulduğu şimal və cənub qüllələridir. Qala ərazisində həmçinin şəhər bazarı olmuşdur və onun yerində yüz illər öncə bütün regionda zəvvarlar üçün ən çox ziyarət olunan yerlərdən biri olmuş iki məscid ucaldılmışdır.

ətrafliGizlət

Şübhəsiz ki, Lənkəranda ilin istənilən vaxtı istirahət etmək maraqlıdır. Təmiz hava və gözəl təbiət bol görməli yerlərlə və yerli sakinlərin qonaqpərvərliyi ilə birləşdikdə hər il dünyanın hər yerindən turistləri buraya cəlb edən həmin başlıca amil hesab olunur.

Xəritə

Foto qalereya

İstirahət və Əyləncə