Qax

Qax

Bakı ilə arasında məsafə

345 km

Əhalisi

54,1 min nəfər

Nə ilə getmək olar

Avtonəqliyyatla - Tbilisi-Qax, Bakı-Qax avtobusları – 9 ssat; Qatarla - Bakı-Bərdə-Balakən - 10 saat

Azərbaycanın şimal-qərbində yerləşən Qax rayonu Gürcüstanla həmsərhəddir. Rayonun cənubunda iqlim quru subtropik, dağlarda isə mülayimdir. Rayonda dağ çayları və şəlalələr boldur. Bu diyar öz təbiəti ilə zəngindir. Burada yerləşən İlisu qoruğunda ayı, dağ keçisi, canavar, vəhşi pişik, qaban, çaqqal və digər heyvanlara rast gəlinir. Rayon ov və balıq ovu həvəskarları üçün xüsusilə cəlbedicidir. Əsas ov yerləri Qanıq-Əyriçay vadisindəki düzənliklər və dağətəyi meşələrdir. Balıq ovu üçün Lələli kəndinin və Əyriçay, Qapıçay və Qanıq çaylarının ərazilərinin su hövzələri münasibdir.
Azərbaycanın hər rayonunun öz xüsusiliyi var. Qaxda isə bu, əlbəttə ki, dəniz səviyyəsindən 1400-1600 metr yüksəklikdə, Qax şəhərindən 12 km məsafədə yerləşən dağ kəndi İlisudur.
Kəndin ətrafındakı termal mineral kükürd bulaqları müalicəvi xüsusiyyətlərə malikdir.
Dünyanın hər yerindən minlərlə insan müalicə olunmaq və gözəl təbiətə – misli görünməmiş meşəyə, şəlalələrə, coşqun çaylara zövqlə tamaşa etmək üçün bura gəlirlər.

ətrafliGizlət

Azərbaycanın ən yüksək şəlaləsi sayılan Ram-Rama şəlaləsi də buradadır. Qax rayonu ərazisində çoxlu sayda tarixi abidələr, qala xarabalıqları, qüllələr var.

ətrafliGizlət

Azərbaycanın bu hissəsində həm də bir sıra qədim alban məbədlərini görmək olar – onlar Qafqazda ilk kilsələrdir, və dünyadakı ilk kilsələrindən biridir. Qum kəndində dairəvi formada kilsə, unikal ibadətgah – Qum bazilikası, V-VII əsrlərə aid tikililərin xarabalıqları, Sırtqala (XVIII əsr) yerləşir. Ləkit kəndində də möhtəşəm məbəd tikililərinin kompleksi yerləşir (V-VI əsrlər).
Odur ki, əgər Siz qədim əşyaların pərəstişkarısınızsa və təbiət gözəlliklərinin qiymətini bilənsinizsə – onda Qaxa xoş gəlmisiniz! Rayonda yaşamaq üçün hər bir şərait vardır: 5 ulduzlu EL Resort oteli, Eden Park oteli, Ulu Dag Resort və Green Park Resort turizm kompleksləri, “İlisu” və “şəfa” müalicə pansionatları fəaliyyət göstərir. Habelə, kiçik ödəniş etməklə (adambaşı 10-15 manat), yerli sakinlərin evlərində qalmaq olar.

Xəritə

Foto qalereya

İstirahət və Əyləncə