Qobustan rayonu

Bakıdan məsafə

101 km

Əhalisi

40 min nəfər (1 yanvar 2009-cu il tarixinə)

Necə çatmalı

Bakı-Mərəzə reys avtobusları ilə.

Bakıdan Şamaxıya gedən yolun 90 km-də paytaxta ən yaxın regionlardan biri olan Qobustan rayonu yerləşir. Rayonun inzibati mərkəzi qədim Mərəzə şəhəridir. 1990-cı ildə Qobustan rayonu yaradılana qədər yaxın keçmişdə Mərəzə Şamaxı rayonunun tərkibində olub.

Bu dağlıq ərazidən qədim Şirvanın – VIII - XVI əsrlərdə paytaxtı Şamaxı şəhəri olan Şirvanşahlar dövlətinin torpaqları başlayır. Azərbaycan dilində «Qobu» sözünün mənası «tir» deməkdir. Bu toponimdə ərazinin relyefi: qobuları, yarğanları, sıldırımlı dərələri əks olunub. Yazda bura çox gözəldir – lalələr, çobanyastığı, süsənlər gül açır.

Rayonda çox sayda təbii və tarixi abidə qorunub saxlanılıb. Turistlər üçün ən maraqlı və cəlbedici obyekt şəhərin yaxınlığında olan Sünlü kəndində dərədə yerləşən Mağara labirintləridir («kürilər»).

ƏtraflıGizlət

Lakin rayonun ən məşhur görməli yeri Mərəzənin yaxınlığında olan XV əsr Diri Babanın məqbərəsidir.

Bu diyarda qədim zamanlardan xalçaçılıqla məşğul olublar. Yerli xalçaların naxışları bütün dünyada «Mərəzə», «Çuxanlı», «Cəmcəmli» adı altında tanınır. «Nabur» xalçalarını bu gün də eyni adlı kənddə əllə toxuyurlar.

Mərəzə kiçik, otelsiz şəhərdir, buna görə qalmaq üçün otağ və ya ev kirayə etmək olar.

Xəritə

İstirahət və Əyləncə