Göyçay

Adı tərcümədə “göy su” mənasını verən Göyçay şəhəri Azərbaycanın mərkəzi hissəsində, Şirvan düzünün şimalında, ölkənin paytaxtından 233 km aralı yerləşir. Bu diyar gözəl iqlimi və çoxlu sayda tarixi yerləri ilə tanınır, lakin əlbəttə ki, Göyçay ən çox narı ilə məşhurdur.  Qeyd etmək lazımdır ki, nar tarixən Azərbaycanın demək olar ki bütün regionlarında yetişdirilib, amma narın ən yaxşı növlərinin yetişdiyi yer quru subtropik qurşaqda yerləşən  Şirvan və xüsusilə də Göyçay  hesab olunur. Məhz Göyçay narları dünya şöhrəti qazanaraq «əsl Azərbaycan narı» sinoniminə çevriliblər.  Bu narların gözəl dadı və sabit keyfiyyətinin sirri dünyanın heç bir yerində rast gəlinməyən  rayonun unikal mikroiqlimi və torpağın tərkibindədir. Təsadüfi deyil ki, geniş tanınmış Azərbaycan sousu -  bişmiş nar şirəsindən ibarət olan  «narşərab»ın hazırlanması texnologiyasını məhz göyçaylılar  icad ediblər.  Populyar turşaşirin xörək şirəsi balıq və ət yeməklərilə gözəl qarmoniya təşkil edir.   

Göyçayda hər payız  «meyvələr  şahı»nın məhsul yığımına həsr olunan  ənənəvi «Nar bayramı»nın keçirilməsi çox maraqlıdır.  Bayram   kəndirbazların, idmançıların, rəqs qruplarının və xalq ifaçılarının çıxışları ilə müşayiət olunur.  Maraqlananlar müxtəlif xalq oyunlarında iştirak edə, həmçinin bu rayonda becərilən çoxsaylı nar növləri ilə tanış ola bilərlər. Burada qonaqların şərəfinə hamının gözü qarşısında  hazırlanan  ləziz milli yeməklər süfrələrə düzülür. 

Xəritə

Foto qalereya

İstirahət və Əyləncə