Qobustan (Qoruğu)

Bakıdan 60 km cənubda ümumi  sahəsi 537 hektar olan ərazidə dünyanın ən böyük qədim qayaüstü rəsmlərinin kolleksiyalarından biri yerləşir. Burada olan petroqliflərin sayı 400 mindən çoxdur. Qobustan dövlət tarixi-bədii qoruğunda həmçinin ilk insan məskənlərini, tarixdən əvvəl inşa edilən tikililəri və daş dövrünün və ondan sonrakı dövrlərin sakinləri  barədə digər sübutlar  görmək olar.  Tanınmış norveç  tədqiqatçısı və səyyahı  Tur Xeyerdal  Qobustan petroqliflərini bir neçə dəfə tədqiq etmiş və burada qayaların üzərindəki qayıqların təsvirlərini  bütün dünyada məlum  olan qayıq təsvirləri arasında ən qədim təsvirlər olduğunu bildirmişdir. Qədim skandinav gəmilərinə bənzəyən bu gəmilər onu   norveçlilərlə azərbaycanlılar arasında qohumluğun olması barədə sensasiyalı fərziyə irəli sürməyə vadar edib. Tur Xeyerdal  belə bir nəticəyə gəldi ki skandinavların əcdadları Azərbaycan ərazisindən köçüb gəlmiş insanlar olublar.  Üzərində latın yazısı olan və  eramızın I əsrində imperator Domisianın XII roma  leqionu tərəfindən qoyulan  və həmin leqionun burada oluduğu sübut edən daş lövhə turistlərin xüsusi marağına səbəb olur.  Qobustanın qayaüstü rəsmlərinin mədəni peyzajı YUNESKO-nun dünya irsi siyahısına daxil edilib.  

Xəritə

Foto qalereya

İstirahət və Əyləncə