Lahıc

Yüksək dağlıq ərazidə yerləşən Azərbaycanın İsmayıllı rayonunun Lahıc kəndi qədim şəhərsalma və memarlıq sənətinin orijinal abidəsidir. Möhtəşəm küçə və meydanları ilə bu orta əsrlər şəhəri Qafqazda və ondan kənarda ən məşhur sənətkarlıq-ticarət mərkəzlərindən biridir. Hesab olunur ki, əsrlər boyu rus çarlarının geydikləri əfsanəvi Manomax papağını məhz burada hazırlayıblar. Lahıc oyma ornamentlə bəzədilən soyuq silah və mis qabların hazırlanması ilə xüsusilə məşhurdur. Bu günə qədər onlarla emalatxanada dədə-baba sənətini davam etdirən ustalar heyran olmuş turistlərin gözü qarşısında   məişətdə istifadə edilən müxtəlif əşyalarları hazırlayırlar. Lahıcın ilk məhəlləsinin əsası III-IV-ci  əsrlərdə qoyulub. Maraqlıdır ki,  şəhərdə min beş yüzdən artıq yaşı olan su və kanalizasiya sistemi fəaliyyət göstərir! Mərkəzi küçənin altında 1 m dərinliydə 2 km uzunluğu olan  üçsəviyyəli  kollektor çəkilib.  İlk iki səviyyədə xəttlərlə içməli su və texniki işlərin görülməsi üçün su axır. Kollektorun aşağı hissəsi  - çay daşından düzülmüş düzbucaqlı novça  hər bir evin həyətində olan dəliklərdən daxil olan çirkab sular üçün nəzərdə tutulub. Sakinlərdən heç kim kanalizasiyanın harada başlayıb harada qurtardığını, hansı prinsiplə işlədiyini bilmir, lakin bu, kollektorun uzun əsrlər boyu işləməsinə mane olmur. Bu gün Lahıc  dövlət tərəfindən qorunan tarixi-memarlıq abidəsidir və məskənin zahiri görünüşü əvvləki vəziyyətdə saxlanılmışdır. 

Xəritə

Foto qalereya