Astara

Bakı ilə arasında məsafə

315 km

Əhalisi

87,4 min nəfərdir

Necə getməli

Avtomobil nəqliyyatı: Bakı – Astara reys avtobusları ilə - 7 saat;
Dəmiryol nəqliyyatı ilə: Bakı - Astara qatarı - 9 saat.

 

Astara rayonu ölkənin cənub-şərqində İranla sərhəddə yerləşir. Rayonun inzibati mərkəzi - Astara – mənzərəli kiçik liman-şəhəri və Bakı-Tehran yolunun əhəmiyyətli tranzit bəndidir.

Astara Azərbaycanın ən gözəl rayonlarından biridir. Rayon ərazisinin bir hissəsini Talış dağları tutur, bir hissəsi - ovalıqdır, Astara şəhəri düyü plantasiyaları ilə əhatə olunmuşdur. Xəzər dənizinə axan Astaraçay və Tenqerüd çayları öz başlanğıcını uca dağlardan götürür. Səfalı Talış dağları öz təkrarolunmaz gözəlliyi və təravəti ilə hər bir səyyahı valeh edir. 1886-ci ildə öz həmyerlisi - səyyah Qabriel Bonvalyut ilə birlikdə bu yerlərdə olan fransız rəssamı Alberto Pepin öz əsərlərində Talış dağlarını, gözəl mənzərələri, yerli əhalinin həyat və məişətini, mədəniyyətini, adət və ənənələrini, geyimlərini təsvir etmişdir.

Rayonun 37000 hektardan çox sahəsi palıd ağacları, dəmir ağac kimi qədim ağac növləri bitən meşələrlə örtülüdür. Dəmir ağacın bərk oduncağı toxucu dəzgahlarının, məkiklərin, toxuculuq sənayesi üçün ehtiyat  hissələrinin hazırlanmasında istifadə olunur. Burada həmçinin cır  heyva, əzgil, yemişan,böyürtkən, çəhrayı güllü zərif ipək akasiya, həmişəyaşıl bigəvər, lianalar fəsiləsindən sassaparil, obvoynik, sarmaşıq nümunələri yayılmışdır. Talış meşələrinin faunası da zəngin və  müxtəlifdir. Burada canavar, vaşaq, maral, cüyür, oxlu kirpilər və digər heyvanlar yaşayır. Xəzər dənizi sahili ərazisində çox gözəl qumlu çimərliklər var, dəniz suyu isə təmiz və şəffafdır.

Yaxınlıqda yerləşən Lənkərandan Astaraya gedən yol son dərəcə mənzərəlidir: solda dar dəniz kənarındakı zolaqda Girkan qoruğu yerləşir, burada  dəmir ağac, dzelkva və digər qədim ağac növləri yetişir ki, bunlar da dövlət tərəfindən  qorunur. Rayon Azərbaycanın əsas çay, sitrus, tərəvəzçilik rayonlarından biri sayılır. Arçivan kəndində xalq arasında Əsədulla-bulağı adlandırılan müalicəvi sulfid su qaynaqları vardır. Burada maraqlı bir hadisənin şahidi ola bilərsiniz:  bulağa yandırılmış kibrit yaxınlaşdırdıqda yerdən alovlu "fəvvarə" qalxır.

Astara rayonunda, eləcə də sərhədin digər tərəfində İran dil qrupuna məxsus xalqın nümayəndələri - çoxlu sayda talışlar yaşayır. Rayon ərazisində qədim qəbrlər - kurqanlar aşkar edilmişdir. Onların içindən tapılmış əşyalar – əmək və ov alətləri onu göstərir ki, bu yerlərdə hələ tunc və dəmir dövrlərdə əhali "dəmirçiliklə" məşğul olmuşdur.

Rayon ərazisində əksəriyyəti dağ kəndlərində yerləşən 400-dən çox tarixi abidə qorunub saxlanılmışdır. Onların arasında Şindan kəndində xalq arasında Babək qalası kimi tanınan qalanı, Nidus kəndində qalanı, Şahağac kəndində XII əsr mavzoleyini, Hacı Teymur və Hacı Cahan Baxış məscidlərini, Pensar kəndində Məşədi Abutalıb hamamını, Arçivan kəndində Kərbəlayı Həmid Abdulla hamamını göstərmək olar. Qapaçıməhəllə kəndində VII əsrin karvansarası, III-I əsrin nekropolu, tunc və dəmir dövrlərinə aid qədim qala xarabalıqları, mavzoley, heykəllər vardır. Şəhərdə rayon ərazisində aşkar edilmiş çoxsaylı tapıntılar - sikkələr, daş əmək alətləri toplanmış ölkəşünaslıq muzeyi fəaliyyət göstərir. Yaşı 2000 ildən çox olan daşdan insan heykəli və 2000-3500 yaşı olan daş parçasının üzərindəki maral təsviri xüsusilə maraqlıdır. Ümumilikdə muzeydə 8 mindən çox eksponat nümayiş etdirilir.

Turistlərə xidmət göstərilməsi üçün rayon ərazisində müvafiq infrastruktur yaradılmışdır: bir neçə 3 və 4, eləcə də 5-ulduzlu mehmanxana var. Bundan başqa, Bakı-Astara yolunda mehmanxana, restoran, banket zalları, kafe-bar, "Sahil", "Turist" restoranları olan "Savalan"adlı  böyük ticarət mərkəzi yerləşir.

Xəritə

İstirahət və Əyləncə