Alış-veriş

Hər zövqü qane edən brendlər

 

Alış-veriş həvəskarları bənzərsiz Merilin Monronun «Xoşbəxtlik pulda deyil, alış-verişdədir» kəlamını dua kimi dayanmadan təkrar edirlər. Buna baxmayaraq, şopinq həvəskarları onu nə adlandırırlar adlandırsınlar, istər «mağazalara yürüş», istər «piştaxtada gözəgəlimli nə varsa, hər şeyin alınması», o bizim həyatımızda mövcuddur və ondan yaxa qurtarmaq olmur.

Əslində, şopinq – bir növ, elmdir. Necə eləyəsən ki, az vaxt sərf etməklə, maksimum mağazaları, butikləri, köşkləri gəzəsən, xeyli paltar geyib baxasan, hələ bir o qədər də alasan, çox xərcə düşməyəsən və bundan baş ağrısı və məyusluq yox, çoxlu müsbət təəssüatrlər alasan.

Bakıda moda həvəskarları öz üslubunu, geyimini nümayiş etdirmək üçün lazım olan hər şeyi tapa bilərlər. İstənilən zövqü qane edəcək dünya ticarət markalarının brendləri paytaxtda öz yerini tutmuşdur. Qeyd etmək lazımdır ki, şəhərin, demək olar, bütün mağazalarında və ticarət mərkəzlərində kredit kartları ilə ödəniş həyata keçirmək olar.