Vizaların alınması

Vizaların alınması

Əsas məsələ barədə qısaca: Azərbaycana giriş üçün nəyi bilmək lazımdır?

Sizə viza lazımdırmı, hansı sənədləri təqdim etməlisiniz? Bu bölmədə Azərbaycana tez və asan bələd olmaq üçün lazım ola biləcək informasiya verilir.

Azərbaycana viza almaq qaydaları

Burada  tanışlıq üçün  məlumat verilir, daha ətraflı məlumatı Azərbaycan XİN-nin rəsmi saytına www.mfa.gov.az müraciət etməklə əldə etmək olar.
Gürcüstan və MDB ölkələri üçün (Türkmənistan və Ermənistan istisna olaqla) giriş vizasız həyata keçirilir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin  respublikada müvəqqəti qalma müddəti vizada göstərilmiş müddətlə müəyyən olunur. Vizasız gəlmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin  respublikada müvəqqəti qalma müddəti 90 (doxsan) gündən artıq ola bilməz. 30 gündən çox Azərbaycanda qalmaq istəyən  əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yaşadıqları yerdə qeydiyyata alınması üçün 3 (üç) sutka ərzində (istirahət və bayram günləri istisna olmaqla) Daxili İşlər Nazirliyinin müvafiq orqanlarına müraciət etməlidirlər (www.mia.gov.az). 
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (viza ilə və ya vizasız gəlmiş) respublikada müvəqqəti qalma müddətini uzatmaq məqsədilə Azərbaycanda qalma müddətinin bitməsinə yeddi iş günü qalmış Dövlət Miqrasiya Xidmətinə  (www.migration.gov.az) müraciət etməlidirlər.

 

Vizanın alınması üçün tələb olunan sənədlər
Sonradan tanışlıq üçün məlumat verilir (mənbə – Bakı Turist İnformasiya Mərkəzinin rəsmi saytı www.bakutourism.az).
Xarici vətəndaşlar viza almaq üçün Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və konsulluğuna  müraciət etməli və aşağıda sadalanmış sənədləri təqdim etməlidirlər:

  • Anket (blankı Sizə səfirlikdə verəcəklər)
  • 2 foto şəkil (3x4 sm, ağ fonda)
  • Xarici pasportun və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyət vəsiqəsinin surəti.
  • Məsul şəxs tərəfindən verilmiş dəvət məktubu (iki nüsxədə)
  • Dövlət rüsumunun ödənilməsi barədə çek (vizanın dəyəri +konsul yığımları)
 

Yalnız Türkiyə və İsrailin vətəndaşları Heydər Əliyev Aeroportunun, Gəncənin və Naxçıvan Respublikasının viza şöbələrində viza ala bilərlər.

Diqqət: əgər xarici pasportun və ya şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinə 3 aydan az vaxt qalıbsa, viza rəsmiləşdirilmir. 
Bundan başqa, tezliklə Azərbaycanda vizaların verilməsinin elektron sisteminə keçiləcəkdir ki, bu da əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkəyə gəlişini asanlaşdıracaqdır: onlara səfirliyə və konsulluğa gəlmək, növbələrdə dayanmaq lazım gəlməyəcəkdir. Elektron anketlərin formaları və vizaların alınması üçün lazım olan bütün məlumatlar Azərbaycan səfirliyinin və konsulluqlarının saytlarında nümayiş etdiriləcəkdir.

 

Dəyəri 
Vizanın dəyəri Azərbaycan Respublikası səfirliyinin Sizin ölkənizdə yığdığı viza yığımının dəyərindən asılıdır. Ətraflı məlumat üçün vətəndaşı olduğunuz ölkənin ərazisində yerləşmiş Azərbaycan Respublikasının səfirliyinə və ya konsulluğuna müraciət edin.

Verilmə müddəti
1-9 gün.

 

Gömrük qaydaları

Bundan sonra tanışlıq üçün məlumat verilir, daha ətraflı məlumat əldə etmək üçün Azərbaycan Dövlət Gömrük Komitəsinin rəsmi saytına www.customs.gov.az  müraciət edin. 

Pullar
Xarici valyutanın gətirilməsinə məhdudiyyət qoyulmur. Bəyannamə mütləq verilməlidir.
Aparılması – bəyannamədə göstərilən məbləğ qədər məhdudlaşdırılır.
Ancaq Azərbaycan vətəndaşlarına yerli valyutanı idxal və ya ixrac etməyə icazə verilir. 



İcazə verilir:

  • 1 000-ə kimi  siqaretin və ya  1 kq tütün məmulatının (16 yaşından böyük şəxslərə);
  • 1,5 l-ə kimi tünd spirtli içkilərin  və 2 l şərabın;
  • Şəxsi istifadə üçün ətriyyatın;
  • ümumi dəyəri  $10 000 olan digər malların gətirilməsinə;
  • şəxsi əşyaların, Azərbaycanda rəsmi olaraq alınmış əl işləri məmulatlarının və malların aparılmasına.
 

Qadağandır:

  • silahın və  döyüş sursatının gətirilməsi və aparılması;
  • narkotiklərin və narkotik tərkibli preparatların;
  • heyvanların;
  • Azərbaycanın konstitusiya quruluşuna qarşı yönəldilmiş kimi qiymətləndirilə bilən foto şəkillərin və çap məhsullarının;
  • Təzə tərəvəz və məhsulların;
  • Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin icazəsi olmadan əntiq əşyalarının (daş-qaş, xalçalar, sikkələr və əlyazmaları da daxil olmaqla) aparılması. 1960-cı ilə kimi istehsal edilmiş  xalq sənətkarlıq məmulatları əntiq mallar hesab olunur və ölkədən çıxarılması qadağandır.
    Ölkəyə gələrkən rəsmiləşdirilmiş gömrük bəyannaməsini ölkədən çıxana kimi saxlamaq lazımdır.

 

Elektron turist vizaları

“Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2012-ci il tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə 2013-cü ilin 15 mart tarixindən turistlər üçün elektron viza sisteminin tətbiqinə başlanılmışdır.

Bu sistem bütün viza prosedurlarını elektron formata yönəldilməsi məqsədilə tərtib edilib və bu ölkəyə çox sayda turistlərin cəlb olunmasına yardım edir. Beləliklə, turistlər bütün lazımı informasiyanı aşağıda göstərilən milli turizm şirkətləri və ya onların xarici ortaqlarına təqdim etməlidirlər və bundan sonra milli şirkətlər müvafiq sənədləri hazırlayaraq Xarici İşlər Nazirliyinə (XİN) müraciət edirlər. Elektron vizalar XİN tərəfindən (10 gün ərzində) təsdiq edildikdən sonra elektron formatda turistə göndərilir. Azərbaycana daxil olmaq üçün turist yalnız bu sənədi çap edərək sərhəddə təqdim etməlidir.

Elektron viza 30 gün ərzində etibarlıdır və onun qiyməti 20 ABŞ dolları təşkil edir.

Hal-hazırda Azərbaycanda 70 turizm şirkəti xarici turistlərə elektron vizaları sənədləşdirmək hüququna malikdir. Bu şirkətlərinin siyahısı ilə aşağıdakı linkə keçərək tanış ola bilərsiniz.

Həmçinin, elektron vizanin nümünəsi elektron vizanin nümünəsi və ərizə blankı ilə də tanış ola bilərsiniz.