Tez-tez verilən suallar

Tez-tez verilən suallar

  1. Azərbaycan müsəlman ölkəsidir. Burada digər etiqadların nümayəndələrinə münasibət necədir?

    Azərbaycan müsəlman ölkəsidir, lakin digər dinlərin, millətlərin və mədəniyyətlərin nümayəndələrinə qarşı çox tolerantdır. Bakı şəhərində və ölkənin regionlarında  pravoslav məbədlər, katolik kilsəsi, prixod, sinaqoqlar fəaliyyət göstərir. 10 iyun 2012-ci ildə Bakı şəhərində Roma Papası II İoann Pavla onun Azərbaycana təşrif buyurmasının 10 illiyi münasibətilə  abidə qoyulmuşdur. Bakı şəhəri  Vatikan, Moskva, Qüdslə sıxı mədəni və humanitar əlaqələr saxlayır. O, mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində bir sıra təşəbbüslərin müəllifi, habelə iki ildə bir dəfə burada dünyanın bütün regionlarından, o cümlədən beynəlxalq təşkilatlardan olan dini, mədəni və siyasi xadimlərin iştirakı ilə  keçirilən Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumun təşkilatçısıdır.

     

  2. Mənə viza verməkdən imtina edə bilərlərmi və niyə?

    Səbəblər müxtəlif ola bilər. Ən əsası odur ki, konsulda Sizin immiqrasiya niyyətində olduğunuz barədə şübhə yaranmasın. Sizin Vətəninizdə möhkəm əlaqələriniz: ailəniz, uşaqlarınız, bankda hesabınız olmalıdır. Habelə əgər Sizdə artıq qondarma «Dağlıq-Qarabağ Respublikasının» vizası varsa, Sizə Azərbaycana viza verməkdən imtina edə bilərlər. Dağlıq Qarabağ –Azərbaycanın ayrılmaz tərkib hissəsidir, o, erməni silahlı birləşmələrinin  işğalı altındadır. Odur ki,  Azərbaycanda  turistlərin müvəqqəti olaraq Ermənistan tərəfindən nəzarət edilən  Dağlıq Qarabağa getməsini yaxşı qarşılamırlar.

    Bundan başqa, tezliklə Azərbaycanda vizaların verilməsinin elektron sisteminə keçidi başa çatacaqdır ki, bu da əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkəyə gəlişini asanlaşdıracaqdır: onlara səfirliyə və konsulluğa gəlmək, növbələrdə dayanmaq lazım gəlməyəcəkdir. Elektron anketlərin formaları və vizaların alınması üçün lazım olan bütün məlumatlar Azərbaycan səfirliyinin və konsulluqlarının saytlarında nümayiş etdiriləcəkdir.

     

  3. Azərbaycanın mehmanxanalarında və mağazalarında dollar və ya avro alırlarmı?

    Şirkətlərin çoxu, o cümlədən restoranlar və barlar, habelə iri mağazalar dollar və avro almırlar. Əgər Sizə taksiyə minmək lazım deyilsə, pulu təyinat məntəqənizdə dəyişməyi məsləhət görərdik, çünki orada ola bilsin ki, məzənnə aeroportda olduğundan yüksək olacaqdır. Lakin fərq çox azdır, odur ki, əgər Siz böyük məbləğdə pulu dəyişməyəcəksinizsə, bunu elə aeroportda da edə bilərsiniz.

     

  4. Mən azərbaycanca heç bilmirəm, bu, problem yaratmaz ki?

    Azərbaycanlılar çox səmimi xalqdır, odur ki, əgər onlar sizin dildə danışmırlarsa,  mütləq sizə kömək edə biləcək bir adam taparlar. Otellər, restoranlar və kurortlar kimi turist məntəqələrinin çoxunda ya rus dilində, ya da ingilis dilində danışa bilən adam tapmaq çox asandır. Əgər Sizə kömək küçədə lazım olubsa və Siz ancaq ingilis dilində danışırsınızsa, onda Sizə məsləhət görərdik ki, ilk növbədə, gənclərə müraciət edəsiniz, çünki gənclər həm ingilis, həm də rus dilini öyrənirlər, orta yaşdan yuxarı olanlar isə rus dilini daha yaxşı bilirlər.

     

  5. Dağlıq Qarabağa getmək olarmı?

    Dağlıq Qarabağın və ətraf rayonların Ermənistan tərəfindən işğalı nəticəsində Dağlıq Qarabağa müvəqqəti olaraq getmək olmaz. Qarabağa Ermənistan tərəfindən gedən şəxslər Azərbaycanda avtomatik olaraq «persona non qrata» olurlar və bizim ölkəmizə gəldikləri təqdirdə Azərbaycan Respublikasının tanınmış ərazisinə icazəsiz daxil olmuş şəxslər kimi deportasiya oluna bilərlər.

     

  6. Azərbaycanda yaşamağın orta dəyəri nə qədərdir?

    Xarici turist üçün Azərbaycanda yaşamağın orta dəyəri ekonom-sinif otelində qalmaq, qidalanmaq, bir qədər görməli yerlərə və əyləncə-istirahət yerlərinə getmək də nəzərə alınmaqla sutka ərzində 120 dollar təşkil edir.

     

  7. Mehmanxanaya verilən ulduzlar (ulduzların miqdarı) nə deməkdir?
    • Bir ulduz — minimum xidmətləri olan ultra ekonom-sinfinə aid mehmanxana deməkdir (nömrələrin gündəlik yığışdırılması ora daxil edilmir). Bütün nömrələr eyni tiplidir. Belə mehmanxanalarda yaşayış dəyəri adətən 20-50 manat həddində tərəddüd edir.
    • İki ulduz — kiçik büdcəli mehmanxanadır, burada da minimum xidmətlər göstərilir, lakin nömrələr hər gün yığışdırılır. Bir-iki tipli nömrələrdir. Bu kateqoriyadan olan mehmanxanalarda yaşayış dəyəri 25-55 manat həddində tərəddüd edir.
    • Üç  ulduz — standart xidmət dəsti: nömrələrin hər gün yığışdırılması, hər nömrədə  santitar qovşağı, televizor, mini-bar və ya soyuducu olan orta siniflərə aid mehmanxanadır; onun ərazisində müştərilər üçün camaşırxana, hovuz,   trenajyor  zalı, biznes-mərkəz, mehmanxana tərəfindən təqdim edilən nahar yeməyi üçün yer nəzərdə tutula bilər. Bu kateqoriyadan olan mehmanxanada yaşama dəyəri 50-dən 80 manata kimi təşkil edir.
    • Dörd ulduz — yuxarıda göstərilən bütün xidmətlər və habelə xüsusi xidmətlər təqdim edilən (məsələn, SPA, massaj, bir neçə barların və restoranların, konfrans-zalların mövcud olması) yüksək sinfə məxsus mehmanxana.  Belə mehmanxanalarda qiymətlər adətən orta səviyyədən xeyli  yüksək olur. Burada nömrənin dəyəri 80 manatdan 150 manatadək tərəddüd edə bilər.
    • Beş ulduz — lüks sinfinə məxsus mehmanxana. Böyük miqyasda əlavə xidmətlərin göstərilməsi ilə fərqlənir. Qonağa onun bütün arzuları nəzərə alınmaqla xüsusi diqqət göstərilir. Belə mehmanxanaların nömrələrində yaşamağın, habelə əlavə xidmətlərin  dəyəri kifayət qədər yüksəkdir. Bütün məşhur dünya brend mehmanxanaları və kurort otelləri, bir qayda olaraq, bu kateqoriyaya düşməyə cəhd göstərirlər. Sistemlərin müxtəlif olmasına baxmayaraq, «beşulduzlu otel» deyəndə, həmişə ən yüksək xidmət səviyyəsinə malik mehmanxana nəzərdə tutulur. Lüks sinifli oteldə yaşamağın dəyəri adətən 120 manatdan, nömrənin sinfindən asılı olaraq, orta hesabla 200-400 manata qədər ola bilər.

      Bəzi mehmanxanalar 6 və hətta 7 ulduza iddia edirlər, lakin hələ ki, bu, mehmanxana praktikasına daxil olmamışdır və daha çox marketinq gedişi sayıla bilər.

      Qeyd etmək lazımdır ki, bəzən elə hallar olur ki, otellər özləri-özlərinə  ulduzlar götürürlər. Buna uymamaq üçün məsləhət görürük ki, oteldə qəbul olunmuş təsnifat standartlarına uyğun gəldiyi barədə rəsmi dövlət sertifikatının olub-olmamasına diqqət yetirəsiniz. Bir qayda olaraq, bunu müəssisənin girişində vurulmuş ulduzların miqdarını və sertifikat verən orqanı – Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin rəsmi komissiyasını göstərən  lövhə  sübut edir.

       

  8. Bakıya neçə saata çatmaq olar?

    Əlbəttə, bu, Sizin doğma şəhərinizin uzaqlığından asılıdır. Moskvadan Bakıya uçuş müddəti təxminən  2,5 saat, Londondan – 6,15 saat, Romadan – 4,20 saat, Vyanadan – 4,15 saat, Parisdən –  5,10  saat, İstambuldan – 2,50 saat,  Frankfurtdan- 5,30 saat,  Dubaydan – 3 saat, Pekindən– 6,30 saat  təşkil edir. Daha ətraflı məlumat almaq üçün Azərbaycana reyslər təşkil edən aviaşirkətlərin saytlarına müraciət etmək  olar.

     

  9. Azərbaycana birinci dəfədir gəlirik – istirahət vaxtı problemlər meydana çıxarsa, kimə müraciət etmək olar?

    Əgər siz xidməti də nəzərdə tutan tur zərfini almışsınızsa, onda sizin səyahətinizi müşayiət edən turoperatora müraciət edə bilərsiniz. Bundan başqa, məsləhət görərdik ki, Sizin Azərbaycandakı səfirliyinizin əlaqə telefonlarını yazasınız. Habelə  tövsiyə edirik ki, bütün sənədlərinizin surətini çıxarasınız, sənədləri itirdiyiniz təqdirdə onları bərpa etmək mümkün  olsun.
    Turizm üzrə sizi maraqlandıran məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya Mərkəzinə (+99412) 147 qısa nömrəyə, habelə Bakı Turist  İnformasiya Mərkəzinə (+99412) 498-12-44 nömrəyə zəng etməklə əldə etmək olar.

     

  10. Mehmanxanada olarkən krantdan su içmək təhlükəli deyil ki?

    Bəli, təhlükəlidir, çünki krantdan gələn su standartlara tam uyğun gəlmir. Su kəmərindən gələn suyu istifadə etməmişdən əvvəl qaynatmaq və ya butulkalarda olan sudan istifadə etmək lazımdır.

     

  11. Azərbaycanda nə dərəcədə təhlükəlidir?

    Azərbaycan Respublikası cinayət səviyyəsi ən aşağı olan ölkələrdən biri olaraq qalmaqdadır.  Burada küçə cinayəti, demək olar, yox dərəcəsindədir və səhər saat 3-ə qədər küçələrdə gəzmək adi haldır. Lakin istənilən yeni ölkəyə, yaxud dünyanın böyük şəhərlərindən birinə  gələrkən  gördüyünüz müəyyən ehtiyat tədbirlərinin burada da  görülməsi məsləhətdir.