Azərbaycanın görüşlər sənayesi haqqında

Azərbaycanın görüşlər sənayesi haqqında

Görüşlər sənayesi dövlətin üstünlük verdiyi və Azərbaycanın inkişafda olan sektorlarından biridir. Azərbaycan sübut etmişdir ki, o iri miqyaslı tədbirlərin təşkili üzrə həm bacarığa və həm də imkanlara malikdir. Son illərdə bu 2012 Avrovisiya Müsiqi Müsabiqəsinin ölkəmizdə təşkili kimi öz əksini tapmışdır.

Sosial-iqtisadi və mədəni rifahın yaxşılaşdırılması naminə dövlətin atdığı davamlı addımlar sayəsində bu sektor inkişaf etməkdədir. Bunun nəticəsidir ki, həm ölkə daxili həm də xarici sərgi, beynəlxalq forum və konfransların yüksək səviyyəli təşkilinin şahidi oluruq. Bakı 2015 Birinci Avropa Oyunları zamanı ölkəyə 49 ölkədən 6000-dən artıq idmançının gəlməsi gözlənilir. Önümüzdəki illərdə də “Formula 1 Grand Prix” kimi iri miqyaslı tədbirlərin Bakıda keçirilməsi planlaşdırılır.

Azərbaycanı növbəti görüş məkanınız kimi seçməniz üçün bir çox səbəb var. Ölkənin siyasi və iqtisadi stabilliyi, etibarlılğı və orijinallığı görüşlərinizin uğurlu keçməsi üçün gözəl şərait yaradır. Azərbaycana dünyanın hər bir güşəsindən çatmaq mümkün olduğu ilə yanaşı, görüş məkanları ilə hava limanı arasında məsafənin qısalığı da sizə həm vaxt həm də pula qənaət etməyə imkan verir.

Azərbaycanda olduğunuz andan o sizi öz sehirli ab-havasına qərq edəcək. Siz tarixçilərin belə yaşını aydınlaşdırmaqda çətinlik çəkdiyi qədimi qalaya qalxacaq, sonra isə Bakının gözqamaşdıran beş ulduzlu mehmanxanalarından birinə və ya qədim qala divarları arasında yerləşən təvazökar lakin qonaqpərvər pansionata qayıdaraq istirahətinizi davam etdirəcəksiniz. Ölkədə on ildən də az bir müddətdə heyranedici müxtəlifliyi ilə fərqlənən şərq üslublu saraylarla yanaşı təsirləndirici gözəlliyə malik olan müasir üslublu 21-ci əsr memarlıq abidələri bir neçə dəfə artmışdır. Dünyada az sayda memarlıq nümunələri var ki, Zaha Hadidin memarı olduğu Heydər Əliyev Mərkəzinin möhtəşəmliyi ilə müqayisə edilsin və ya şəhərin qərb hissəsinin tacına çevrilmiş üçlü Alov Qüllərinə bənzəsin.

Siz bu yığcam ölkəni bir başdan o birisinə bir neçə saata gəzə bilərsiniz, ancaq bununla belə Azərbaycan özünün mütəvaze sərhədləri daxilində inanılmaz iqlim, mədəniyyət və təbii müxtəlifliyə malikdir.

Ölkənin Görüşlər sənayesi potensialını dünyaya çatdırmaq və bu sahədə inkişafla yanaşı innovativ həllər təqdim edəcək qüvvənin yaradılması üçün Mədəniyyət və Turizm Nazirliyi özəl sektordakı tərəfdaşları ilə birgə Azərbaycan Konqreslər Bürosunu yaratmışdır. Dövlət və özəl sektorda möhkəm tərəfdaş şəbəkəsini özündə birləşdirən AzCB, tərəfsiz və qeyri-kommersiya təşkilatıdır. Bu şəbəkəyə qabaqcıl mehmanxanalar və məkan idarəetmə şirkətləri o cümlədən milli hava yolları şirkəti  AZAL da daxildir. Onun əsas məqsədi beynəlxalq Görüşlər sənayesi ilə sıx tərəfdaşlıq münasibətləri qurmaq üçün yeni və yaradıcı imkanlar təqdim etməkdir.
AzCB-nin işçi heyyəti Görüşlər sənayesi peşəkarlarını tədbirlərin təşkili ilə bağlı bütün məslələrdə dəstəkləməyə hazırdır. Onların xidmətləri tamamilə ödənişsizdir və bu xidmətlərə, yerləşmə habelə görüş məkanları üzrə təkliflərin hazırlanması zamanı kömək, konqreslər öncəsi və ya sonrası tur, təşviqat proqramları və qala gecələrinin təşkili ilə bağlı məsləhətlər daxildir. Büro həmçinin mütəmadi olaraq ölkə və onun görüş məkanı kimi potensialı haqqında geniş məlumatın toplandığı Azərbaycan Görüş Təşkilatçıları üçün Bələdçi adlı kitabça da dərc edir.

AzCB-də olan mütəxxəsislər hər zaman Sizə ödənişsiz və tərəfsiz xidmət göstərməyə, həmçinin öz biliklərini bölüşməyə şaddırlar.

AzCB-nin xidmətləri ilə bağlı daha ətraflı məlumatı www.AzCB.com internet səhifəsindən ala bilərsiniz.