Azərbaycanda turizm

Azərbaycanda turizm

dsdZəngin tarixi, mədəni və təbii irs dünyanın hər yerindən qonaqları ölkəmizə cəlb edir. Əl dəyməmiş təbiət, mineral su qaynaqları, dünyada yeganə müalicə nefti olan – naftalan, nadir qədim memarlıq abidələri, özünəməxsus mədəniyyət, milli mətbəx və bir çox digər amillər Azərbaycanda turizmin bütün növlərinin: işgüzar, idman, müalicəvi, tanışlıq, ovçuluq, ekzotik, çimərlik və hətta qastronomik turizmin inkişafı üçün şərait yaradır.

Dünyada mövcud olan 11 iqlim qurşağından 9-u Azərbaycanın ərazisindədir. Ölkəmizin iqlimi yay və qış istirahətinin təşkilinə şərait yaradır. Azərbaycana ekoloji turların təşkili çox geniş yayılmışdır, bunlara təbii qoruqlara gedilməsi,   trekkinq və  alpinist marşrutları daxildir. Günorta çağı qum çimərlikləri dayvinq üçün  çox əlverişlidir, dənizdə çimmək mövsümü mayda başlanır.
Azərbaycanda turizm sahəsi günü-gündən inkişaf edir və tezliklə iqtisadiyyatın ən mühüm sahələrindən birinə çevriləcəkdir.

TəfərrüatıGizlət

Turist axını ildən-ilə artır (2011-ci ildə rəsmi göstəricilərə görə Azərbaycana rekord həddə – 2.2 mln-dan çox xarici vətəndaş təşrif gətirmişdi), odur ki, paytaxtda və digər turist zonalarında çoxlu miqdarda yüksək xidmət səviyyəsinə malik mehmanxanalar tikilmişdir. Hal-hazırda onların sayı artıq 500-ü ötmüşdür.
Şəhərin ən məşhur brend şəbəkəli mehmanxanalarından aşağıdakıları göstərmək olar – Four Seasons Hotel Baku, Hyatt Regency, JW Marriott Absheron Baku Hotel, Jumeirah Bilgah Beach Hotel, Grand Hotel Europe, Hilton Baku, Kempinski Hotel Badamdar və s.
sdAzərbaycanın regionlarında da mehmanxanalar, istirahət zonaları, əyləncə və idman mərkəzləri fəaliyyət göstərir. Bunlara misal olaraq, Qafqaz mehmanxanalar şəbəkəsini, Qəbələ şəhərindəki Gabaland attraksionlar parkını, Qusar rayonundakı möhtəşəm «Şahdağ» qış-yay turist kompleksini, həm idmanla məşğul olmaq, həm də turistləri qəbul etmək üçün müvafiq infrastruktura malik 15-dən çox Olimpiya idman kompleksini və digərlərini  göstərmək olar.
Bütün bunlar turizmin Azərbaycanda dövlət siyasətinin üstün vəzifələrindən birinə çevrildiyinə və qarşıda ölkənin iqtisadi inkişafına böyük perspektivlər açdığına dəlalət edir.