Gecə həyatı

Bakı – ancaq tarixi yerlərə təşkil olunan ekskursiyalar, maraqlı şopinq, təmiz hava və dəniz deyil, bu, həm də, əsasən restoran və klubların əhatəsində dövr edən gecə həyatıdır. Restoranların çoxu gecənin yarısına kimi açıq olur, onlar müştəriləri ancaq menyunun müxtəlifliyi ilə cəlb etmir, həmçinin onlara maraqlı mədəni proqram – canlı musiqi və karaoke də təqdim edirlər. Yayda dəniz sahillərində və Bakıətrafı qəsəbələrdə gecə diskotekaları işləyir.

Lakin Bakının gecə həyatının cəlbedici mərkəzi yenə də gecə klubları və barlardır. Gecələr işləyən bir neçə paytaxt müəssisələrini göstərək. Onların təsvirində ən aktual informasiya bunlardır: mühitinin təsviri, menyu, musiqi repertuarı, ünvanı, əlaqə telefonu.