Turizm şirkətlərinin və vətəndaşların nəzərinə!

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Misir Ərəb Respublikasında hökm sürən gərgin vəziyyətlə əlaqədar Azərbaycan vətəndaşlarının adıçəkilən ölkəyə səyahətini və turizm şirkətləri tərəfindən bu ölkəyə turist səfərlərinin təşkilini tövsiyə etmir. Bildiririk ki, turizm şirkətləri Misirə səfərlə bağlı aparılan bütün rəsmiləşdirmə işlərinin dayandırılmasına dair məlumatlandırılmışdır.

Xarici turistlərin Misirdə qalması üçün vəziyyət sabitləşdikdə Mədəniyyət və Turizm Nazirliyi müvafiq rəsmi bəyanatla çıxış edəcək.