Azərbaycanda qış

Azərbaycanda qış

Azərbaycana dekabr ayında gəlmiş get-gedə daha çox əcnəbi turistlər mütləq Şəkinin tarixi yerlərində olmağa çalışırlar, burada ilin sonunda nadir at turnirləri və yarışları keçirilir. Bunlardan ən məşhuru qədim Azərbaycan oyunu – çovqandır, bu atların iştirakı ilə oynanılan oyundur. Ölkənin bir çox regionlarının bu turnirlərə get-gedə artan marağı polo oyununun şərq versiyası olan  bu milli, seçmə, şahsayağı  nəcib oyunun canlanacağı ehtimalını irəli sürür.

Qışda Azərbaycanda doyumlu milli xörəklər və mətbəx sürprizləri  həvəskarları üçün  firavanlıq dövrü başlanır. Məhz qış vaxtı səhər tezdən mal ayaqlarından vam odda bütün gecə ərzində hazırlanmış isti xaş, yaxud həm səhər, həm də axşam buğlanan düşbərə, qoyun ətindən soğança, sarımsaq, istiot və quru göyərti ilə xəmirin içində bişirilmiş ət piroqu-ficim, habelə  saxsı qablarda hazırlanan zərif və dadlı piti xüsusilə ləzzət verir. Bu şəffaf ətirli şorba zəfəranla ədviyyələnir, süfrəyə istiot, sumax, nanə, pomidor və ya şabalıd ilə verilir.

Hansı qış  dəniz məhsulları olmadan keçir? Səxavətli Xəzər ən ləziz balıq xörəkləri qurmanlarının da  zövqünü oxşaya bilmək qabiliyyətindədir. Bu xörəkləri paytaxtın və regionların restoranları təqdim edirlər.   Pomidor və pendirlə «Abşeron» sousu altında nərə balığı, laylı xəmirdə içi doldurulmuş qızıl balıq, qızmış tavada öz yağında qızardılan ilan balığı, içi kişmiş və qozla doldurulmuş kütüm, fırında və ya təndirdə bişirilmiş balıq kababları və hisə verilmiş balıqlar…

Soyuq qıhda şirəli naringilərin, təzə lumuların və mandarinlərin dadına baxmaq istəyirsinizmi, bunları bütün qışı Azərbaycanda süfrəyə verirlər. Bu ətirli sitrus meyvələri həmişə bayram əhvali-ruhiyyəsi yaradır, özü də digər ölkələrdə olduğundan ucuzdur.

Ümumilikdə,Bakının yerləşdiyi Abşeron yarımadasında  qış orta temperaturu + 4-6 dərəcə olmaqla mötədildir. Yox, əgər Azərbaycanda qış istirahətinin bütün gözəlliklərini hiss etmək istəyirsinizsə, onda sizi Qusar və Quba rayonlarında qar cənnəti, yay-qış idman-turist kompleksi  «Şahdağ» (www.shahdag.az) gözləyir. Qafqazda analoqu olmayan bu dağ kurortu ən gözəl sözlərlə vəsf edilməyə layiqdir.  Burada qış idman növləri üzrə yarışlar keçirmək, habelə ilin istənilən mövsümündə istirahət etmək olar.

Təxminən 2000 hektar sahədə beş beşulduzlu otellər, şərq üslubunda şale və kotteclər tikilir, xizək yolları salınır, özünün xizək məktəbi, kanat yolları, süni qar yaratma sistemi… hətta meyvə bağları və  alabalıqlı kiçik çayları da var. Şahdağın ən yüksək zirvəsində, 2500 metr hündürlükdə fırlanan restoran tikiləcəkdir, ora ancaq kanat yolları ilə çıxmaq mümkün olacaqdır. İlk qonaqları kompleks artıq 2013-cü ildə qəbul edəcəkdir. Elə buradaca, Qusar rayonunun Laz kəndi yaxınlığında aydın qış günlərində siz bir neçə buz bağlamış şəlalərə çox maraqlı ekskursiyalar edə bilərsiniz.

Əlbəttə ki, 31 dekabrda qeyd edilən bütün Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramını da bütün restoranlar böyük anşlaqla keçirirlər, odur ki, yerlər əvvəlcədən sifariş edilməlidir.

Regionlarda isə Çay bayramı böyük təntənə ilə keçirilir. Ən çox da bu, çay məskəni olan Lənkəranda – Azərbaycanın cənub hissəsində qeyd edilir. Çoxsaylı qonaqlar böyük həvəslə yerli və xarici çay fabriklərinin məhsulunu alır, bu ətirli içkinin  dequstasiyasında və habelə müsabiqələrdə iştirak edirlər, qalibləri burada qiymətli hədiyyələrlə mükafatlandırırlar.

Azərbaycanda qış sürprizləri arasında, sözsüz ki, Mstislav Rostropoviç adına musiqi festivalı əsas yerlərdən birini tutur. Bu beynəlxalq festival hər il Bakı şəhərində Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilir. Bu festival əsil musiqi bayramı kimi keçir, orada dünyada məşhur olan ifaçılar və musiqi kollektivləri iştirak edir. Festival barədə daha ətraflı məlumatı M. L. Rostropoviç Fondunun rəsmi saytında www.rostropovitch.ru/baku.html əldə etmək olar.