Azərbaycanda yay

Azərbaycanda yay

Azərbaycanda Xəzər dənizi sahili boyu, meşələrdə və dağlarda  yerləşmiş istirahət  və əyləncə zonaları  günəşi, dənizi və qumu, təbiət qoynunda süfrə açmağı, meşə cığırlarında gəzməyi, şəlalələrdə çimməyi və atla gəzməyi sevən hər kəsə unudulmaz təəssüratlar bağışlayacaqdır. Azərbaycanın bir çox turist regionlarında yüksək müalicəvi göstəricilərə malik çoxsaylı  termal və mineral su qaynaqları vardır.
Yay mövsümünün əsas xüsusiyyətlərindən biri də bu vaxtlar Azərbaycanda öz çeşidləri ilə hamını heyran qoyan meyvə-tərəvəz bolluğudur. Bunlara çox dadlı gilas və albalıları, bal kimi şirin ərikləri, şaftalıları, çiyələyi, moruğu, böyürtkəni, armudları, alçaları aid etmək olar. Bundan sonra qarpız, qovun, əncir, üzüm  dövrü gəlir, bu meyvələr  keyfiyyətinə görə ancaq yunan və İtaliya meyvələri ilə müqayisə oluna bilər.
Əsil təam qurmanlarına Azərbaycan mətbəxinin yay xörəkləri  ləzzət verə bilər. Bu xörəklərin əsasını hazırlanması zamanı öz təbii dadını saxlayan yerli məhsullar təşkil edir. Son zamanlar daha çox xarici qonaqlar Azərbaycan aşpazlarının  reseptlərində gözlənilən bu xüsusiyyətləri qeyd edirlər. Bu, hər şeydən əvvəl, təbiət qoynunda bişirilən kababa aiddir, çünki bu kabablar təzə və şirəli ətdən, balıqdan, quşdan və ov quşlarından hazırlanır. Kababxanalar  Azərbaycanda  İtaliyanın tavernalarından, slavyan yeməkxanalarından, fransızların sürətli yemək qəlyanaltılarından, yaponların balıq restoranlarından az şöhrət qazanmamışdır…
Burada hər cür  yeməyin yanında mütləq bütün menyularda əsas yer tutan göyərti, pendir, ağıza ləzzət verən şoraba və turşular verilir.
Azərbaycanın qonaqlarını və turistlərini, habelə yüksək musiqi həvəskarlarını cəlb edən bir mərkəz də Qəbələ musiqi festivalıdır. 2009-cu ildən bəri hər il yayda (iyul ayının axırı-avqust ayının əvvəli) Azərbaycanın Qəbələ şəhərində (Qəbələ rayonu) klassik musiqi, caz və muğam festivalı keçirilir.
Festival  Heydər Əliyev Fondunın təşəbbüsü  ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir. Musiqiçilər açıq hava altında meydançalarda və Qəbələnin kamera konsert zallarında çıxış edirlər.Festivalda dünyanın bir çox ölkələrindən orkestlər və ifaçılar iştirak edirlər. Hər iki ildən bir beynəlxalq fortepiano müsabiqəsi keçirilir.
Belə ki, saya görə  dördüncü festival 2012-ci il 22 iyuldan 5 avqusta kimi keçirildi və orada dünyanın 10 ölkəsindən 350 musiqiçi iştirak etdi. Tədbirin fəxri qonaqlarından biri də  Şarl Dütuanın rəhbərliyi altında çıxış edən London Kral Filarmoniyasının Orkestri idi. 
Qəbələ musiqi festivalının rəsmi saytı: www.gabalafestival.com

 

Paytaxtda yay

Azərbaycanın paytaxtı– Bakı, bir çox cəhətdən yayda daha cəlbedicidir. Şəhər çoxsaylı kurort-çimərlik zonaları: Mərdəkan, Zuğulba, Bilgəh, Buzovna, Nardaran, Şıx, Novxanı, Pirşağı, Dübəndi və i. a. ilə əhatə olunmuşdur. Son illər bunların ərazilərində rahat mehmanaxanalar tikilmiş, müasir standartlar səviyyəsində xidmətlər göstərilən özəl çimərliklər açılmışdır. Hazırda Jumeirah Bilgah Beach Hotel, Sea Breeze kimi otellər, AF Hotel-Aqua Park, Khazar Golden Beach Hotel ailə-əyləncə kompleksləri xüsusi şöhrət qazanmışlar. Paytaxtda və şəhərətrafı ərazilərdə bir neçə akvaparklar açılmışdır ki, əgər siz çimmək həvəskarı deyilsinizsə, burada vaxtınızı çox  gözəl keçirə bilərsiniz.
Bakıya birinci dəfə  gələn adamlara bilmək maraqlı olar ki, Azərbaycanın paytaxtı qonaqları ən müxtəlif kateqoriyalı mehmanxanalarda qəbul edir. Bu həm təmtəraqlı otellər, yeri gəlmişkən şəhərdə onların sayı çoxdur, həm də biznes-otellər, butik-otellər, çox qəşəng, bənzərsiz ailə və hətta romintik otellərdir.
Gecə Bakı ən müasir filmlərdə çəkilmiş fantastik meqapolisə oxşayır. Bakı bulvarı – dünyada ən gözəl bulvarlardan biridir, o, Azərbaycana gəlməsinin məqsədindən asılı olmayaraq, gələnlərin hamısı üçün ən cazibəli yerdir: çox gözəl landşaft dizaynı, kölgəli xiyabanlar, ən dadlı dondurmalar, bütün növ çərəzlər və qəlyanaltılar təklif edilən rahat qəhvəxanalar, çayxanalar, yaxt-klublar,  uşaqlar və böyüklər üçün attraksionlar,ticarət-əyləncə mərkəzi Park Bulvar. Milli dənizkənarı parkın əsil bəzəyi «Eurovision»  – 2012  mahnı müsabiqəsinin keçirilməsi üçün açılmış neon işıqlarla bərq vuran idman-konsert kompleksi Baku Crystal Hall oldu.
Bakıda şəhər parklarının və bağlarının gəzintisi də adamda böyük təəssüratlar yaradır. Qədim Filarmoniya bağı, Zabitlər bağı, Xaqani (keçmiş İolokan) bağı abadlaşdırılmış və daha da gözəlləşdirilmişdir. Nəbatət bağına və Mərdəkandakı dendrariyə getmək çox maraqlı olardı, burada dünya florasının müxtəlif növlərindən kolleksiyalar toplanmışdır.  Müasir standartlara uyğun olaraq yenidən rekonstruksiya edilmiş funikulyor da işləyir. Ekskursiya həvəskarları Bakıda gəzinti zamanı tarixi-mədəni qoruq olan  İçəri şəhər, Şirvanşahlar Sarayı, Qala arxeoloji-etnoqrafik muzey kompleksi, Qobustan Dövlət Tarix-rəssamlıq qoruğu, tarix-memarlıq kompleksi Atəşgah və paytaxtın digər görməli yerlərinə baş çəkərkən, çoxlu maraqlı məlumatlar əldə edə biləcəklər.