Din

Din

Azərbaycana təşrif gətirən bir çox xarici turistlər dindar adamlardır. Təbiidir ki, onların əksəriyyəti  müxtəlif dinlərə etiqad edir. Odur ki, çoxları bizdən soruşurlar ki, burada xristianlara, yəhudilərə və ya katoliklərə necə münasibət bəslənilir?  Müsəlman məscidlərindən başqa digər dini təriqətlərin müqəddəs məbədləri varmı?

Sizi əmin edə bilərik ki, azərbaycanlılar bütün dindarlara ayrı-seçkilik qoymadan eyni münasibət bəsləyirlər, bizim ölkəmizdə müxtəlif etnoslar arasında dini etiqad əsasında heç vaxt fikir ayrılığı olmamışdır.

Azərbaycanda islam dininə etiqad edən bütün dindarlar hər gün namaz qılırlar. Odur ki, burada məscid çoxdur, bu məscidlərə milliyyətindən asılı olmayaraq, hər kəs gələ bilər, vacibi odur ki, açıq ürək və təmiz niyyətlərlə gəlsinlər.

 

Bakıda üç pravoslav kilsəsi vardır, bunlar şəhərin təkcə  rus əhalisi arasında məşhur deyildir. Burada daima bütün lazımi mərasimlər keçirilir, kilsə bayramları qeyd edilir.

Bakı lüteranları üçün 1899-cu ildə qotik üslubda tikilmiş kirxa şəhərə gələn almanların hamısına tanışdır. Burada yalnız liturgiyalara qulaq asmırlar, habelə dünyaşöhrətli ifaçıların konsertlərini də təşkil edirlər. Bundan başqa, burada orqan musiqisinin sədaları altında kinematoqrafçılara nüfuzlu mükafatlar təqdim edilir.

Bundan başqa, Azərbaycanda elə etnik məskənlər vardır ki, orada öz dininə etiqad edən müxtəlif millətlərin nümayəndələri bir yerdə yaşayırlar. Onların arasında Quba rayonundakı Qırmızı Slobodanı göstərmək olar, burada əsasən dağ yəhudiləri yaşayır. İsmayıllı rayonundakı İvanovka kəndində molokanlar –xristianlığın dini sektasının nümayəndələri yaşayır, onlar müqəddəslərin ikonalarını, məbədləri, keşişləri  və bütün kilsə  ierarxiyasını inkar edirlər. Qəbələ rayonunun Nidc qəsəbəsində Qafqaz Albaniyasının bilavasitə əcdadları olan udinlər yaşayır, onlar xristian dininə etiqad edirlər.

 

Vatikanın Dövlət Katibliyinin dövlətlərlə münasibətlər üzrə katibi kardinal Covanni Layolo demişdir ki: «Azərbaycanda müsəlmanlar, xristianlar və yəhudilər sülh və əmin-amanlıq şəraitində yaşayırlar, onların arasında ən önəmlisi bir-birinə qarşı hörmət, dostluq və məhəbbətdir. Bu baxımdan Azərbaycan hamı üçün nümunə ola bilər».