Bu ilin ötən dövründə İsmayıllı rayonuna 70 min nəfərdən çox turist gəlmişdir

Son illərdə Azərbaycanın dilbər guşələrindən olan İsmayıllı rayonunda turizmin inkişafı istiqamətində bir sıra mühüm layihələrin həyata keçirilməsi bu diyarın ölkəmizin cəlbedici turizm mərkəzlərindən birinə çevrilməsinə şərait yaratmışdır.
Rayon mədəniyyət və turizm şöbəsindən AzərTAc-a bildirmişlər ki, bölgədə turizm infrastrukturunun genişləndirilməsi sayəsində İsmayıllıya gələn turistlərin sayında ildən-ilə sürətli artım müşahidə edilir. Bunun nəticəsidir ki, əgər 2009-cu ildə rayona cəmi 15 min turist gəlmişdisə sonrakı illərdə, yəni 2010-cu ildə bu rəqəm 26 minə, 2011-ci ildə isə 59.500 nəfərə çatmışdır.
Bu ilin mayında Bakıda uğurla keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı ölkəmizə gəlmiş çoxsaylı turistlərdən böyük bir qrupunun İsmayıllıda olması, bu ecazkar diyardan xoş təəssüratla ayrılması sonrakı mərhələdə, xüsusilə 2012-ci ilin yay turizm mövsümündə rayona indiyədək görünməmiş səviyyədə turist axınına şərait yaratmışdır. Nəticədə ilin ötən dövründə İsmayıllıya rekord sayda-70 mindən çox turist gəlmişdir.

Məlumat AzərTAc İnformasiya agentliyindən götürülmüşdür. (www.azertag.com)

26.09.2012
 
Son Xəbərlər

  • Erməni siyasətində “mədəniyyətin” rolu29.07.2015

    Erməni siyasətində “mədəniyyətin” rolu

    Hər dəfə erməni informasiya portallarını nəzərdən keçirəndə erməni strateqlərinin olduqca konkret siyasi vəzifələrin reallaşdırılmasında mədəni amillərlə necə peşəkarcasına “jonqlyorluq” etmələri ilə təkrar-təkrar rastlaşırsan. Həmin saytlardakı materialları diqqətlə oxuduqda o saat aydın olur ki, onlar bütün səylərini tarixi və konkret faktları saxtalaşdırmağa yönəldiblər.

  • Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası ekspertlərinin Azərbaycana səfəri davam edir27.07.2015

    Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası ekspertlərinin Azərbaycana səfəri davam edir

    Xəbər verildiyi kimi, Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının “Termal Şəhərlər” beynəlxalq mədəni turizm marşrutuna Mədəniyyət və Turizm Nazirliyinin qoşulması ilə bağlı layihənin eksperti Mişel Tomas Pinet və Bursa vilayətinin vitse-qubernatoru Ahmet Hikmet Şahin ölkəmizdə səfərdədirlər. Bildiririk ki, xarici qonaqlar səfər müddətində Azərbaycanın termal sulara malik bir sıra bölgələrini ziyarət etmişlər. Bölgələrdə olduqları zaman qonaqları layihənin koordinatoru Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Günel Aslanova müşayiət etmişdir. Masallıda olduqları zaman “İsti Su” sanatoriyası, Yardımlı şəlaləsi, Masallının turizm infrastrukturu, Heydər Əliyev Mərkəzi, Tarix Diyarşünaslıq muzeyi və tarix, mədəniyyət abidələrinə baxış keçirilmişdir.

  • Qəbələ VII Beynəlxalq Musiqi Festivalının açılışı olub25.07.2015

    Qəbələ VII Beynəlxalq Musiqi Festivalının açılışı olub

    Bu gün Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanda növbəti möhtəşəm incəsənət bayramının - VII Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub. Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısındakı parkda keçirilən mərasimdə əvvəlcə Azərbaycanda musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna rol oynayan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub.

  • Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının ekspertləri Azərbaycanda səfərdədir23.07.2015

    Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının ekspertləri Azərbaycanda səfərdədir

    Qeyd eləmək lazımdır ki, Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutuna Mədəniyyət və Turizm Nazirliyinin qoşulması ilə bağlı layihənin həyata keçirilməsi planlaşdırılır. Bununla bağlı, Azərbaycanda “Termal şəhər” layihəsinə baxış keçirmək üçün Avropa Tarixi “Termal Şəhərlər” Assosiasiyası layihəsinin eksperti Mişel Tomas Pinet (Michel Thomas Penette) və Bursa vilayətinin vitse-qubernatoru Ahmet Hikmet Şahindən ibarət nümayəndə heyəti 22-29 iyul 2015-ci il tarixində ölkəmizdə səfərdədir. Ölkəmizə səfər çərçivəsində ekspertlərin Masallı, Qəbələ və Siyəzən rayonlarının termal suları və turizm infrastrukturuna baxış keçirilməsi planlaşdırılır. Eyni zamanda xarici qonaqlar Bakı və Abşeron yarımadasının tarix və mədəniyyət abidələri, turizm nümayişi obyektləri ilə tanış olacaqlar.

  • Azərbaycan Konqreslər Bürosu yeni mobil proqram təminatını təqdim edib23.07.2015

    Azərbaycan Konqreslər Bürosu yeni mobil proqram təminatını təqdim edib

    Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Konqreslər Bürosu Görüş Təşkilatçıları üçün nəzərdə tutulan yeni mobil proqram təminatını təqdim edib.