Tokioda keçirilən “JATA 2013” beynəlxalq turizm sərgisi

Cari ilin 12 – 15 sentyabr tarixlərində Yaponiyanın Tokio şəhərində keçirilən “JATA 2013” beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinin tərkibinə Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun müdiri V. Şixəmmədov, Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun baş məsləhətçisi S. Həsənov və Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 2 nəfər üzvü daxildir.  

Həmçinin sərgidə 7 yerli turizm şirkəti “ENC tours”, “İmprotex travel”, “Al travel”, “Turizm.az”, “Spektr travel”, “Geo travel” və “Volcano travel” şirkətləri təmsil olunur.

Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 45 kv.m sahədə xüsusi lövhə quraşdırılmış və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və yapon dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunmuşdur.

2007-ci ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq altıncı dəfədir ki, “JATA” beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin, bu il adıçəkilən tədbirdə ölkəmiz ilə yanaşı, 150 ölkədən şirkətlər təmsil olunur.

 

Turizm şöbəsi      

 

12.09.2013
 

Son Xəbərlər