• ACTION WORLD

    Action World oyun avtomatları zonası  Shuvelan Park ticarət-əyləncə mərkəzində  2010-cu ildən fəaliyyət göstərir. Uşaqlar burada  Dubay və Sinqapur istehsalı olan və daim yenilənən oyun aparatlarında (42  növdə) oynaya bilərlər. Oyun aparatları janrlar və mürəkkəblik səviyyəsi üzrə fərqlənir və müxtəlif yaş kateqoriyaları üçün hesablanıblar. Xüsusi təlim keçmiş heyət lazım olduqda uşaqlara bu və ya digər oyuncaqdan necə istifadə etməli olduğunu izah edə bilər.   Ödəniş Mərkəzin kassasında verilən xüsusi plastik kartlar vasitəsilə aparılır. Qiymətlər münasibdir: ən bahalı oyun aparatında oyun 3 manatı keçmir, ən ucuzu isə 60 qəpikdir. Action World eyni zamanda 50-60 adam oyunlardan zövq ala bilər.  Oyun zonası ticarət mərkəzinin ümumi zalından ayrılmayıb, buna görə də qapalı məkan təəssüratı yaranmır. Ümumi kondisiyalaşdırma və istilik sistemi uşaqlara qışda soyuqdan, yayda isə istidən əziyyət çəkməyə imkan vermir. 



    Ünvan:
    Bakı şəh., A. İldırım küç., 69, Shuvalan Park TM
    Veb sayt:
    www.shuvelanpark.com
    Telefon:
    (+994 12) 565-88-55
  • ALADDIN AND JASMINE

    «Aladdin and Jasmine» klubunda uşaqlar oynamaqla və öyrənməklə vaxtlarını şən keçirirlər. Onlar üçün əyləncəli tədbirlər proqramı işlənib hazırlanır: banketlər, Ad günləri, bayramlar və i.a. Klubun nəzdində körpələr evi və bağça fəaliyyət göstərir, burada kiçik, orta və böyük yaşlı uşaqlar, riyaziyyat və ingilis dili təmayüllü qruplar vardır. Digər xarici dilləri də seçmək imkanı yaradılıb. Məntiq, yazı qaydası, yaddaşın, diqqətin, rəssamlığın, yapma texnikasının inkişaf etdirilməsi, rəqslər üzrə kurslar yarım gün və bütün gün üçün nəzərdə tutulmuşdur. Azərbaycan və rus sektorları. Yarım gün qalanlar– 2 dəfə, bütün gün qalanlar – 4 dəfə yedizdirilir. 1 yaşından 3 yaşınadək olan uşaqlar üçün ayrıca mətbəx işləyir.



    Ünvan:
    Bakı şəh., Cabbar Qaryağdı küç., 67
    E-mail:
    office@aladdin-jasmin.com
    Veb sayt:
    www.aladdin-jasmin.com
    Telefon:
    (+994 12) 436-76-72
    (+994 12) 408-72-23
    (+994 50) 611-89-60
  • BABY BOM

    Oyun zonası və qəhvəxana ehtiva edən «Baby Bom» uşaq əyləncə klubunda əsil şənlik hökm sürür. Cəngəlliklərə oxşayan labirint buraya gələn bütün balaca uşaqların cəlbedici məkanı olacaqdır. Pnevmatik topu olan attraksion – əyləncə sənayesinin yeni təqdimatıdır. Uşaqlar və böyüklər paralon kürələrlə aparılan döyüşdən böyük həzz alacaqlar. «Baby Bom» uşaqlara sevinc, böyüklərə isə sərbəst vaxt bəxş edir. Klub uşaqların ad gününün və bayramların keçirilməsini təşkil edir.



    Ünvan:
    Bakı şəh., Dilarə Əliyeva küç., 204
    Telefon:
    (+994 12) 437-56-86
    (+994 12) 498-94-15
  • BAKI DÖVLƏT SİRKİ

    Hər vaxt sevilən və hamının məhəbbətini qazanmış sirk – uşaqların və böyüklərin möcüzələr aləmi ilə, ən yaxşı heyvan təlimçiləri, akrobatlar, kəndirbazlar, fokusçu artistlərlə görüş yeridir. Burada uşaqlar iki saat ərzində nağıl aləminə düşür, təəccüblənir, heyran qalır və gülürlər. Dünyanın bir çox ölkəsindən məşhur sirk ustaları öz sənətləri ilə tamaşaçıları sevindirmək üçün Bakıya gəlirlər, burada hər tamaşaya iki minə kimi tamaşaçı gəlir. Sirkdə onun özünün peşəkar artist truppası da işləyir.



    Ünvan:
    Bakı şəh., Səməd Vurğun küç., 68
    Telefon:
    (+994 12) 597-28-48
    (+994 12) 597-25-95
  • COSMO LAND

    Cosmo land  əyləncə mərkəzində vaxtı ailə ilə bir yerdə  xoş və şən keçirmək olar. uşaqları burada oyun zalları, labirint, tarzanka, batut, oyuncaqlar, oyun avtomatları gözləyir. Oyunlardan doyandan sonra kafedə dincəlmək olar. xoş interyer, xüsusi uşaq menyusu və diqqətli personal uşaq mərkəzinə səfərinizi xoş və unudulmaz edəcək. Bundan başqa Cosmo land-də uşaq bayramlarını və şənliklrini qeyd etmək olar. 



    Ünvan:
    Bakı şəh., S. Orucev küç. 13
    Telefon:
    (+994 12) 496-59-21
  • CRAZY

    «Crazy» uşaq klubu – peşəkarlar komandasıdır, burada uşaqların asudə vaxtlarının keçirilməsini, habelə uşaqların zehni cəhətdən inkişaf etdirilməsini və məktəbə hazırlığını təşkil edirlər. Bura ailə əyləncələri, şən tamaşalar və heyrətamiz Ad günlərinin keçirilməsi, dadlı yeməklər və gözəl hədiyyələr almaq üçün əsil cənnətdir. Klub aşağıdakı xidmətləri göstərir: Zoom, batut, yelləncək, yırğalanan kürsü, dırmaşmalar, təpələr, maşınlar, quru hovuz; inkişaf etdirici oyunlar, mükafatlı müsabiqələr; ad günlərinin, bayramların keçirilməsi, akvaqrim, qəhvəxana. Burada uşağı tərbiyəçilərin nəzarəti altında qoyub, təcili bir iş üçün getmək olar.



    Ünvan:
    Bakı şəh., Nizami küç., 131
    Veb sayt:
    www.crazykids.az
    Telefon:
    (+994 12) 598-21-93
    (+994 70) 998-21-93
  • DARLING

    «Darling» ailə klubuna xoş gəlmisiniz. Bura ailəliklə vaxt keçirmək üçün əla yerdir. Burada çox gözəl uşaq zonası və əla restoran vardır, mətbəx isə milli və dünya mətbəxinin simbiozudur. Uşaqlar üçün ən sevimli məşğələ – oyunlardır! Oyun Zoomu və bir çox digər oyun qurğuları uşaqlara çoxlu müsbət emosiyalar və sevinc bəxş edəcəkdir.



    Ünvan:
    Bakı şəh., Abdulla Şaiq küç., 214
    Telefon:
    (+994 12) 596-58-70
    (+994 70) 303-77-32
  • GYM&FUN

    Uşaqlar üçün Gym&Fun oyun otağı uşağa sərbəst qaçmaq, tullanmaq, dartınmaq, hətta qayaya dırmaşmaq imkanı yaradır və onun inkişafına kömək edir. Bütün bunlar əlbəttə ki uşağın sağlamlığına zərər verilmədən edilir. Balacalar labirintdə də qaçışa bilərlər, sözsüz ki, tam təhlükəsiz şəraitdə – labirintin divarları yumşaq materialla örtülüb.  Lap balacalar üçün burada quru hovuz, başqa sözlə, toplu hovuz var ki, içində suyu müxtəlif ölçülü rəngarəng yumşaq  toplar əvəz edir. Bu uşaq üçün yalnız vaxtını xoş keçirmək deyil, həm də sağlamlığı üçün faydadır, belə ki,  quru hovuz dayaq və hərəkət sistemini inkişaf etdirir, uşaqların kefini və  emosional vəziyyətini yaxşılaşdırır. Bu cür hovuzda vaxt keçirmək, bir növ, şarlarla massaja bənzəyir. Bu zaman uşaqlar sərbəst olsalar da Gym&Fun əməkdaşlarının daim nəzarəti altında olurlar. Burada iki zalda  hər biri 50 nəfər olmaqla ad günləri təşkil etmək olar.  Zalları birləşdirmək imkanı da vardır. Yemək bir mərtəbə aşağıda yerləşən McDonald’s restoranında sifariş edilir və bir nəfərlik menyu çox münasib qiymətlərlə təklif olunur. 



    Ünvan:
    Bakı şəh., A. İldırım küç., 69, Shuvalan Park TM
    Telefon:
    (+994 12) 565-88-26
  • GYMBOREE PLAY&MUSIC

    Artıq 30 ildən  çoxdur ki, Gymboree Play&Music  şirkəti  uşaqlarda yaradıcılıq bacarıqlarını uğurla formalaşdırır və onlarda özünə inam hissini inkişaf etdirir. Hal-hazırda otuz ölkədə 600 Gymboree mərkəzi açılıb, bu da  uşaqların ibtidai yaş dövrünün inkişaf proqramları arasında liderlikdən danışmağa imkan verir.  Ekspertlər tərəfindən müxtəlif yaş qrupları üçün  hazırlanmış məşğələlər uşaqlarda idrak, fiziki və sosial vərdişləri  oyun formasında inkişaf etdirməyə kömək edir. Bu proqramlar həmçinin uşağın inkişafı prosesinə valideynlərin cəlb olunmasını, onların iştirakının və məlumatlanmalarının mükafatlandırılmasını  nəzərdə tutan nadir yanaşmaya görə ad qazanıb.  Gymboree Bakı mərkəzində uşaqların sərbəst hərəkət etmələri oynamaqları və ətraf mühiti öyrənməkləri üçün müünasib şərait yaradılıb.  Nadir avadanlıq  oyun meydançalarının dünyada məşhur konstruktoru, bu sahədə  otuz ildən artıq təcrübəsi olan  və uşaq üçün bütün lazım olanları nəzərə alan Jay Beckwith  tərəfindən hazırlanıb. Oyunlar üçün şərait  valideynlərin uşaqları üçün arzuladıqları ən yüksək standartlara cavab verir.



    Ünvan:
    Bakı şəh., A.Cəlilov küç., 20
    Veb sayt:
    www.gymboreeclasses.az
    Telefon:
    (+994 12) 496-59-86
    (+994 12) 490-24-62
  • HAPPY LAND

    «Happy Land» – uşaqlar və onların valideynləri üçün balaca nağıllar ölkəsidir, bura hər bir gəliş – heyranedici uşaqlıq aləminə qeyri-adi, maraqlı səyahətdir. Əyləncə mərkəzində asudə vaxt elə təşkil edilmişdir ki, körpələrin təbəssümü və şən gülüşləri daim valideynləri sevindirsin. Oyun kompleksinə uşaqların asudə vaxtını müxtəlifləşdirən hər cür oyun avtomatları və digər əyləncələr daxildir.



    Ünvan:
    Bakı şəh., Neftçilər pr., "Park Bulvar" ticarət mərkəzi (3-cü mərtəbə)
    Telefon:
    (+994 50) 255-08-08