Xan plovu (tac plov)

Xan plovu (tac plov)

Zəfəran – 0,5 qr.,

Düyü – 3 stəkan (1 st. – 200 qr.),

Duz – 1 ç.q.,

Əridilmiş yağ– 200 qr.,

Tikə quzu əti – 600 qr.,

Ərimiş yağ – 300 qr.,

Baş soğan – 3-4 baş,

Quru alça – 150 qr.,

Kişmiş – 300 qr.,

Ərik  – 200 qr.,

İstiot, sarıkök – zövqə görə,

Lavaş– 10 dənə

 

Bu bayram plovu görkəmindən orta əsrlər şərq hökmdarlarının tacına oxşadığı üçün belə adlanır.

Düyü arıdılır, yuyulur, 4-6 saat duzlu isti suda isladılır. Duzlu suda yarıbişənə qədər qaynadılır. Sonra aşsüzənə tökülüb süzülür, zəfəran əlavə edilir. Ət dördkünc tikələrə doğranır, üstünə duz, istiot, alça turşusu sürtülür.

Qazanın dibinə  və divarlarına kərə yağı çəkilir.

Qeyd: Şah plov hazırlamaq üçün dibinin diametri  ağzının diametrindən dar olan qazan götürülür.

Qazanın dibinə aralarına kərə yağı çəkilmiş 5 lavaş  elə qoyulur ki, onlar qazanın divarlarından  kənara  sallansın.

Lavaşın hazırlanması: un, yumurta, su və bir az duz tökməklə bərk xəmir yoğrulur. Bundan xırda kündələr tutulur və 2 mm qalınlığında lavaşlar yayılır, bərk qızdırılmış tavada qızardılır (yağ tökülmür).

Qazanın dibindəki lavaşların üstünə  düyünün bir hissəsi (təxminən 1/3-i) tökülür, onun üstündən ət əlavə edilir, yenə düyü (təxminən 1/3-i) tökülür.   Ortasına qabıqdan çıxarılmış şabalıd, ərik və kişmiş qoyulur və qalan düyü də əlavə edilib lavaşlarla kip örtülür. Qalan 5 lavaş da aralarına yağ çəkilərək düyünün üstündən  qoyulur. Üstündən kərə yağı çəkilir, qapağı örtülərək temperaturu 1300S olan fırında (duxovka) bişirilir. 40 dəqiqədən sonra üstündən ərimiş kərə yağı tökülür.

80 dəqiqədən sonra fırındın çıxarılır, qapağı açılır və yağı boşaldılır, qazan yastı buluda çevrilir. Ortada deşik açılıb, plov pay-pay bölünür, qazmaq isə  ləçək kimi açılır. 

Hava

30 İyul 22° Təzyiq: 758 mm 31 İyul 33° 756 mm

Beynəlxalq turizm sərgilərinin siyahısı

  • Top Resa : 23 Sentyabr – 26 Sentyabr Fransa, Paris
  • WTM : 3 Noyabr – 6 Noyabr Böyük Britaniya, London
  • EIBTM : 18 Noyabr – 20 Noyabr İspaniya, Barselona

Bizi sosial şəbəkədən izləyin

Multimedia