DALĞA

  • iframe DALĞA

    Mərdəkan qəsəbəsinin dəniz sahilində yerləşən bu çimərlik ən rahat və yaxşı təchiz edilmiş çimərliklərdən biridir. Üstüörtülü köşklər, çimərliklərdə nadir hallarda təsadüf edilən uşaq meydançası, təmiz  sahil – bütün bunlar çimərliyin müsbət məziyyətlərinin hələ hamısı deyildir. Bura təşrif gətirənlərə bir çox xidmətlər və əyləncələr təklif edə bilərlər: skuterlər, əla bar, futbol və voleybol meydançası. Bundan başqa, taxtlar, çətirlər, stollar, stullar, paltar dəyişən yerlər və duşxanalar xidmətinizdədir. Çimərliyə giriş – 6 AZN-dir.

    Ünvan:
    Bakı şəhəri, Şimal dəniz sahili, Mərdəkan qəsəbəsi
    Telefon:
    (+994 70) 223-37-72